Mobil versiya
Manaf Manafov: "Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır"
Tarix: 21-07-2025 | Saat: 13:58
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Manaf Manafov: "Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır"

Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İştirakı ilə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu başa çatdı. III Şuşa Qlobal Media Forumu Azərbaycan tarixinin yeni mərhələsində məhz Xankəndində keçirilməsi ilə özündə yeni mahiyyət ehtiva etdi. Bu foruma heç bir halda adi media hadisəsi kimi baxmaq olmur. Bu forum özündə siyasi-ideoloji mahiyyət daşıyır. Forum günlərində onlarla ölkədən yüzlərlə jurnalist, media rəhbəri, analitiklər və ekspertlər Qarabağın reallığını bir daha yerində gördü”.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Manaf Manfov bildirib ki, ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır. “Dövlətimizin başçısının ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də region və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldə edilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda, Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Bu konteksdə diqqət göstərilən mühüm hadisələrdən biri kimi ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Dövlət başçısı İlham Əliyev əsaslı şəkildə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yaşıl gündəliyimizin geniş olması ilə yanaşı, bu reallıq da xüsusi qeyd edildi ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Azərbaycanın yaşıl gündəliyi, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyi səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir. COP29 bunun bariz nümunəsi oldu. İqlim konfransı bir daha Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu göstərdi. Birgə səylər əsasında hədəfə doğru inamlı addımlar qaçılmazdır. Prezident İlham Əliyevin jurnalistlərin suallarına cavabları prinsipial və nəhəng bir dövlət rəhbərinin sərt diplomatik ritorikasını əks etdirir: Məsələn: Rusiya məsələsində Prezidentin istəyi sadəcə rəsmi üzür deyil, məsuliyyət daşıyanların cəzalandırılması, kompensasiya və hüquqi məsuliyyət tələbidir – bu, beynəlxalq hüququn normaları çərçivəsində açıq mövqedir. Böhranlı koordinasiya məsələsində də Azərbaycanın arxada qalmış qala biləcək sülh prosesi ilə bağlı mövqeyi - Konstitusiya dəyişiklikləri, Minsk Qrupunun ləğv edilməsinin vacibliyi - bu da strateji cəhətdən çox ciddi və konkret mesajdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025