Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda sakinlərlə görüş keçirib -Fotolar
Tarix: 17-07-2025 | Saat: 13:25
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər

Milli Məclisin deputatı Novruzəli Aslanov 17 iyul 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə sakinləri qəbul edib.
aia.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Qalacıq və İstisu kəndlərində baş tutub.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Qalacıq və İstisu kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2025