“8 Noyabr” ES enerji təhlükəsizliyinin və strateji tərəfdaşlıq siyasətinin təntənəsidir - DEPUTAT
Tarix: 24-06-2025 | Saat: 19:16
Bölmə:Siyasət | çapa göndər

Məşhur Məmmədov,
Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin müasir inkişaf mərhələsində mühüm hadisələrdən biri kimi tarixə yazıldı. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da əhəmiyyətli bir addımdır.
Energetika milli təhlükəsizliyin təməl sütunudur.
Prezident İlham Əliyevin də çıxışında xüsusi vurğuladığı kimi, energetika sahəsi hər bir ölkənin milli təhlükəsizliyinin əsas komponentlərindən biridir. Son illərdə qlobal miqyasda enerji təchizatı və infrastrukturuna qarşı artan təhdidlər fonunda Azərbaycanın bu sahədə dayanıqlı və etibarlı sistem formalaşdırması strateji məsələ kimi ön plana çıxır. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi məhz bu baxımdan ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına və ixrac potensialının artırılmasına xidmət edir.
Stansiyanın 1880 meqavat generasiya gücünə malik olması onu Azərbaycanın ən böyük elektrik stansiyası edir. Bu, ölkənin ümumi enerji istehsal gücünün təxminən 20 faizini təşkil edir. Cəmi iki ilə yaxın bir zaman ərzində belə bir nəhəng layihənin başa çatdırılması həm Azərbaycan mühəndis məktəbinin, həm də ölkəmizin texniki və idarəetmə bacarığının yüksək səviyyədə olmasının göstəricisidir. Qeyd edilməlidir ki, sovet dövründə oxşar gücə malik stansiyanın tikintisi 7 ildən çox vaxt aparırdı. Bu müqayisə müasir Azərbaycanın nə qədər dinamik və çevik inkişaf etdiyini əyani şəkildə nümayiş etdirir.
“8 Noyabr” Elektrik Stansiyasının ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin iştirakı, bu ölkələrlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin real nəticələrindən biridir. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı və hər iki dövlətlə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrini xatırlatdı. İtaliya bu gün Azərbaycanın birinci ticarət tərəfdaşıdır, Çin isə xüsusilə bərpaolunan enerji sahəsində ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilməkdədir. Bu cür əməkdaşlıq Azərbaycanın enerji siyasətinin beynəlxalq tərəfdaşlığa əsaslanan modelini gücləndirir.
Yeni stansiyanın istifadəyə verilməsi ilə Azərbaycanda təbii qaz sərfiyyatının azalacağı, bu da ixrac imkanlarının genişlənməsinə yol açacağı bildirildi. Bu, eyni zamanda bərpaolunan enerji sektoruna keçid üçün də mühüm imkanlar yaradır. 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavatlıq yaşıl enerji generasiya hədəfi ölkəni bu sahədə regional liderə çevirməyə imkan verəcək. Prezidentin qeyd etdiyi kimi, bu, ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun geosiyasi çəkisini də yüksəldəcək.
Yeni stansiyanın məhz “8 Noyabr” adlandırılması da dərin simvolik mənaya malikdir. Bu tarix Azərbaycanın tarixinə əbədi həkk olunmuş Şuşa Zəfərinin günüdür. Bu addım təkcə mühəndislik layihəsinə ad vermək deyil, həm də milli qürur və qələbə ruhunu enerji ilə vəhdətdə təcəssüm etdirməkdir. Enerji təhlükəsizliyi və suverenlik bir-biri ilə bağlı anlayışlardır. 44 günlük Vətən müharibəsində Azərbaycan necə hərbi və siyasi güc nümayiş etdirdisə, bu gün eyni gücü enerji və iqtisadi sahədə göstərməkdədir.
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın yalnız bu günü üçün deyil, həm də sabahı üçün mühüm baza yaradır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi ölkəmizin qarşıdakı onilliklər üçün davamlı inkişaf modelinə xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi, bu uğurlar düşünülmüş siyasətin və məqsədyönlü proqramların nəticəsidir.
Bu gün Azərbaycanın enerji diplomatiyası və daxili enerji siyasəti qarşılıqlı vəhdət təşkil edərək ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. “8 Noyabr” Elektrik Stansiyası isə güclü dövlət, düşünülmüş inkişaf, sabit və dayanıqlı gələcək siyasətinin bariz göstəricisidir.
İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun Mingəçevirdə keçirilən açılış mərasimindəki çıxışı da bir daha təsdiqlədi ki, Azərbaycan–İtaliya strateji tərəfdaşlığı yalnız energetika ilə məhdudlaşmır, həm də geniş spektrli sahələri əhatə edir. Nazir Urso “Ansaldo Energia” ilə birgə reallaşdırılan layihənin sürətli və səmərəli icrasını iki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin göstəricisi kimi qiymətləndirdi. Yeni qurğunun havaya atılan tullantıları 50 faiz azaltması isə Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində konkret addımlar atdığını nümayiş etdirir. TAP boru kəməri vasitəsilə İtaliyadan Avropaya ötürülən qaz həm də Azərbaycanın Avropa enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu möhkəmləndirir.
Nazirin sözlərindən aydın görünür ki, İtaliya bu əməkdaşlığı yalnız enerji ilə məhdudlaşdırmaq niyyətində deyil. Metallurgiya, xammal, yaşıl texnologiyalar, mədəniyyət və elm sahələrində də birgə təşəbbüslər gündəmdədir. Bakıdakı İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın təməlini təşkil edən əsas platformalardan biridir. Gənc mühəndislərin yetişdirilməsi və elmi biliklərin ötürülməsi Azərbaycan sənayesinin davamlı inkişafına ciddi töhfə verəcək.
Adolfo Ursonun Azərbaycanı regional sabitliyin nümunəsi kimi dəyərləndirməsi və İranla bağlı çağırışları da diplomatik məharətlə ifadə edilmiş praqmatik mövqenin göstəricisidir. O, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və qlobal əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirdi. Bu çıxış həm də onu göstərdi ki, Prezident Əliyevin müəyyən etdiyi xarici siyasət kursu və enerji strategiyası beynəlxalq tərəfdaşlar tərəfindən hörmət və dəstək görür. Azərbaycan–İtaliya münasibətləri artıq klassik tərəfdaşlıq mərhələsini geridə qoyaraq strateji və çoxşaxəli əməkdaşlıq modelinə çevrilməkdədir.
Çin şirkəti “Dongfang Electric İnternational Corporation”un İdarə Heyətinin sədri Çen Qianqın çıxışı isə Azərbaycanın enerji strategiyasının qlobal miqyasda necə yüksək dəyərləndirildiyini bir daha nümayiş etdirdi. O, Mingəçevirdə istifadəyə verilən 1880 MVt gücündə elektrik stansiyasını Azərbaycanın enerji tarixində əlamətdar mərhələ kimi qiymətləndirdi. Bu nəhəng layihənin həyata keçirilməsində Çin şirkətinin əsas avadanlıq təchizatçısı kimi çıxış etməsi isə iki ölkə arasında texnoloji və sənaye sahəsində əməkdaşlığın möhkəm təməllərə söykəndiyini göstərir.
Çin tərəfi Azərbaycanın “enerji müstəqilliyi” strategiyasına verdiyi dəstəyi, xüsusilə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində formalaşan əməkdaşlıq modelini vurğulayaraq qeyd etdi ki, bu layihə coğrafi sərhədləri aşan qarşılıqlı etimadın və əməkdaşlığın təzahürüdür. Çin və Azərbaycanın bu sahədəki tərəfdaşlığı artıq təkcə qaz və su elektrik stansiyalarını deyil, Günəş və külək enerjisi kimi yaşıl texnologiyaları da əhatə edir. Bu, Azərbaycanın enerji keçidini reallaşdırmaq istiqamətində atdığı irimiqyaslı və gələcəyə hesablanmış addımlardan biridir.
Çinli nümayəndənin “8 Noyabr” Elektrik Stansiyasının sabit və təhlükəsiz fəaliyyəti ilə bağlı dilədiyi uğurlar Prezident İlham Əliyevin bu layihəyə verdiyi xüsusi diqqətin və siyasi iradənin beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyir. Bu çıxışdan da aydın olur ki, Çin Azərbaycanın regional enerji mərkəzinə çevrilməsini dəstəkləyir və bu yolda texnologiya, investisiya və təcrübə mübadiləsinə hazırdır. Çin tərəfi bu əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir və Azərbaycan bazarında yeni layihələrlə çıxış etməyi planlaşdırır. Beləliklə, Azərbaycan-Çin-İtalya əlaqələri təkcə ticarət və logistik deyil, həm də texnoloji və strateji səviyyədə y
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-06-2025