Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”
Tarix: 14-06-2025 | Saat: 10:10
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi” ölkələrimizin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktiki olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu”.
Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu. “Mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakı siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrini özündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərin münasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tarixi mərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eyni mövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək. Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhlizi qlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.”
Fikirlərini davam etdirən Kamaləddin Qafarov Şuşa Bəyannaməsinin həmçinin regional sülhü təmin edən mühüm tarixi sənəd olduğunu xüsusi vurğulayıb: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması böyük tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyi üçün birgə fəaliyyət göstərəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış etməsi də heç bir şübhə doğurmur. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir” .
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-06-2025
13-06-2025