Mobil versiya
İyunun 26-da Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılacaq - XƏBƏRİNİZ OLSUN
Tarix: 24-06-2025 | Saat: 14:38
Bölmə:Ölkə | çapa göndər

İyunun 26-da Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılacaq

“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

“Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2025