Mobil versiya
"Təmraz Tağıyev məni təhdid edir" - Sabiq deputat
Tarix: 24-06-2025 | Saat: 14:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Təmraz Tağıyev məni təhdid edir" - Sabiq deputat

Milli Məclisin sabiq deputatı Etibar Əliyev Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyevin onu təhdid etdiyini bildirib.

Bu barədə Etibar Əliyev "Facebook" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bəzi akademikləri tənqid etdiyimə görə məni hədələyir, söyüş söyür, təhqir edir, şəxsimi təhdid edərək, zona-region mənsubiyyətinə görə bu tənqidi doğru saymır. Rəhmətlik atam haqqında nalayiq ifadələr işlədir. Görün akademiklər kimin ümidinə qalıb?!

Vaxtilə təkər yamamaqla məşğul olan bir məxluqun indi özünü siyasətə və YAP-a yamamağı ayıbdır. O uydurur ki, guya vaxtilə yaş senzi ilə bağlı Heydər Əliyevi müdafiə edib, amma indi yüz hoqqadan çıxır. Əslində həmin aksiyada o iştirak etməyib.

Tutduğu vəzifədən sui-istifadə etməklə milyonlar qazanıb. Bunların əmlakı müsadirə olunub, Qarabağımızın dirçəlməsinə yönləndirilməlidir. Saxta regionçuluq ifşa olunmalıdır. Nərimanov Bələdiyyəsinin sədri kimi bu institutu ən çox gözdən salan belə məxluqlardır. Ayıb olsun!", - deyə sabiq deputat qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2025