Mobil versiya
Mərkəzi Bank "Bakı Kart"ın vəzifəli şəxsini cərimələyib
Tarix: 24-06-2025 | Saat: 16:39
Bölmə:Ölkə | çapa göndər

Mərkəzi Bank "Bakı Kart"ın vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Kart"ın operatoru - "K Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsini cərimə edib.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır.

"Buna görə də “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub", - məlumatda vurğulanıb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2025