Eltun Süleymanov: "Azərbaycan, Türkiyə və Pakistan birliyinin ruhu və yumşaq güc manifesti"
Tarix: 29-05-2025 | Saat: 16:39
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

İnsanlar arasında sərhədlər ola bilər, ancaq mədəniyyətlər arasında körpülər var. Bu körpülər – dildə, musiqidə, sənətdə, ədəbiyyatda, ən əsası isə ruhda qurulur. Laçında keçirilən Zirvə görüşü, yalnız siyasi deyil, mədəni və mənəvi həmrəyliyin yeni çağırışı kimi tarixə yazıldı. Cənab Prezident İlham Əliyevin çıxışında mədəniyyətin və dəyərlərin birləşdirici gücü də öz qəti əksini tapdı: “Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır.” Bu sözlər – sadəcə bir deklarasiya deyil, əsrlərlə formalaşmış mədəniyyətlərin, ortaq yaddaşın, birgə yaşanmış acıların və zəfərlərin fonunda səslənən həmrəylik andıdır.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Azərbaycan, Türkiyə və Pakistan – hər üçü müxtəlif coğrafiyalarda yerləşsə də, ortaq tarixi miras və mədəni kodlarla bağlıdır. Bu bağlılıq təsadüfi deyil, mənəvi bağların, ədəbiyyatın, dinin və ortaq dəyərlərin yaratdığı birliyin təzahürüdür. Laçında keçirilən Zirvə görüşü, mədəni əlaqələrin siyasi dialoqa necə güc verdiyini bir daha sübut etdi. Cənab Prezident İlham Əliyev bu reallığı belə ifadə etdi: “Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.” Bu cümlə, mədəniyyətin sadəcə estetik vasitə deyil, millətlərin ruhunu yaşadan və gələcək nəsilləri formalaşdıran strateji alət olduğunu göstərir. Yumşaq güc– yalnız filmlər, musiqilər və muzeylərdən ibarət deyil. Bu, xalqın hekayəsini, haqqın səsini dünyaya çatdırmaqdır. Azərbaycanın bu sahədə təşəbbüskar rolu artdıqca, onun mədəni-tarixi təsir dairəsi də genişlənir. Türk dünyasının simvolik şəhərləri – Bakı, İstanbul və Lahor – artıq mədəniyyətin diplomatiya vasitəsinə çevrildiyi qlobal mərkəzlərdir. Bu baxımdan cənab Prezidentin süni intellekt, kosmik texnologiyalarla yanaşı, rəqəmsal mədəniyyət sahəsindəki fikirləri də diqqətəlayiqdir: “Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.” Bu çağırış mədəniyyətin rəqəmsallaşan dünyada da güc olaraq qalmasının vacibliyini göstərir. Yumşaq güc, artıq sərhədləri keçən məlumatla, görüntü ilə, fikir və hisslə yayılır. Üç dövlətin birləşdirici dəyərlərindən biri də İslam mədəniyyəti və mənəviyyatıdır. Bu dinin təməlində dayanan haqq, ədalət, yardımsevərlik və birlik ideyaları Zirvə görüşündə də öz yerini tutdu. Azərbaycan Prezidenti, Pakistan-Hindistan gərginliyi ilə bağlı çıxışında sülhə çağırmaqla yanaşı, ədalətin İslam dünyasında əsas dəyər olduğunu bir daha vurğuladı: “Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.” Bu mesaj, mədəniyyətin və dini dəyərlərin geosiyasi yanaşmada necə yumşaq, lakin güclü təsir göstərə biləcəyini ortaya qoyur. Prezident İlham Əliyevin təklif etdiyi istiqamətlər arasında akademik tərəfdaşlıqlar və ortaq mədəni layihələr də ön plandadır. Ortaq film istehsalları, tarix və sənət simpoziumları, rəssamlıq və musiqi festivalları, tələbə və müəllim mübadiləsi bu əməkdaşlığın dərinləşməsinə xidmət edə bilər. Mədəniyyət – millətlərin səsi, dövlətlərin yumşaq gücüdür. Bu güc, fiziki sərhədləri deyil, qəlbləri fəth edir. Laçında səslənən fikirlərdən biri də bu oldu: “Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.” Bu xoş gəldin – təkcə siyasi qonaqlara deyil, mədəniyyətə, sülhə, bərpa olunan dəyərlərə verilmiş xoş gəldindir. Azərbaycan, Türkiyə və Pakistan arasında mədəni inteqrasiya, yalnız bu üç ölkənin deyil, ümumilikdə türkdilli və İslam dünyasının gələcəyi üçün ümid rəmzinə çevrilir. Çünki mədəniyyət ordu ilə yox, qəlblə yürüdülən səfərdir. Bu səfərdə biz ortaq tarix, ortaq ruh və ortaq gələcək uğrunda bir yerdəyik – deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-05-2025
29-05-2025