Mobil versiya
Yasamal bələdiyyəsinin rəhbərliyi rayon ərazisində yaşayan ahıl şəxsləri ziyarət edib -Foto
Tarix: 29-05-2025 | Saat: 20:12
Bölmə:Ölkə | çapa göndər

Yasamal bələdiyyəsinin rəhbərliyi rayon ərazisində yaşayan ahıl şəxsləri ziyarət edib

Yasamal rayonunda yaşayan aztəminatlı ailələr, ahıl şəxslər Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin daim diqqət mərkəzindədir. 28 may Müstəqillik Günü münasibətilə Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın məsul işçiləri rayon ərazisində yaşayan ahıl şəxsləri evlərində ziyarət edib və ərzaq sovqatları təqdim ediblər.Bələdiyyənin sədri Tahir Məmmədov onlara Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun salamlarını və bayram təbriklərini çatdırmış,gündəlik qayğıları ilə maraqlanıb can sağlığı arzulamışdır. Göstərilən diqqət və qayğıya görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova minnətdarlığlarını bildirmişlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025