Mobil versiya
Serbiya Ukraynaya sursat tədarükü ilə bağlı ittihamlara cavab verib
Tarix: 29-05-2025 | Saat: 21:54
Bölmə:Özəl | çapa göndər

Serbiya Ukraynaya sursat tədarükü ilə bağlı ittihamlara cavab verib

Serbiyadakı müxalifət qüvvələri ölkə prezidenti Aleksandr Vuçiçi sərt tənqid edərək, onun Rusiya ilə “dostluq münasibətlərini pozduğunu” deyib. Bu barədə Bloomberg məlumat yayıb.
“İndi bəlli olur ki, Aleksandr Vuçiç rejimi Serbiyanın və onun vətəndaşlarının maraqlarına zidd hərəkət edir, açıq şəkildə tərəf tutur və ölkənin siyasi mövqeyinə zərbə vurur”, - deyə sağçı Dveri partiyasının lideri İvan Kostiç bildirib.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bir müddət əvvəl bəyan etmişdi ki, Serbiyadan Ukraynaya döyüş sursatının tədarükü ilə bağlı məlumat ehtiyatlı yoxlama və araşdırma tələb edir.


Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu Serbiyanın müdafiə müəssisələrinin neytral olduqlarını elan etmələrinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrini döyüş sursatları ilə təmin etdikləri barədə məlumat yayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025