Göydəniz Qəhrəmanov: “Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə keçirilməsi mühüm siyasi önəm daşıyır”
Tarix: 29-05-2025 | Saat: 21:49
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq əlaqələri ildən-ilə, gündən-günə güclənməkdədir. May ayının 28-də Laçın şəhərində keçirilmiş bu üç ölkə rəhbərlərinin Zirvə görüşü münasibətlərin genişlənməsinə sözsüz ki, yeni güclü təkan verəcək. Sammitin gedişində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz və xalqlarımız yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanında olublar, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdiriblər. Laçın Zirvə görüşündə ölkələrimiz arasındakı strateji əməkdaşlıq bir daha təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü oldu. Möhtərəm dövlət başçımızın dediyi kimi, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bu Zirvə görüşünün keçirilməsi, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəlmələri böyük rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi başlayan andan Türkiyə və Pakistanın siyasi-mənəvi dəstəyini gördü və bu dəstək bizi ruhlandırırdı, bizə əlavə güc verdi. Əlbəttə ki, Zirvə görüşünün məhz Azərbaycanın Müstəqillik gününə təsadüf etməsi də mühüm önəm daşıyan amildir. 1918-ci il 28 may tarixində müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Əfsuslar olsun ki, cəmi iki il sonra bolşevik Rusiyasının işğalı səbəbilə Cümhuriyyət süqut etdi. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır.”
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra erməni işğalı nəticəsində Azərbaycanın yaşamalı olduğu faciələrdən bəhs edib: “Azərbaycan keçə əsrin sonlarında öz müstəqilliyini bərpa etsə də, Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirdi. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Bundan üç ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi 30 il ərzindıə erməni işğalı altında qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qoyulmuş, qaçqın-köçkün həyatı yaşamağa məcbur qalmışdır.”
Sonda G.Qəhrəmanov Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsini əsil Zəfər yürüşünə çevirdiyini vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı hər gün irəli gedirdi. Döyüş meydanında 300-dən çox şəhər və kəndimiz erməni işğalçılarından azad edildi. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərindən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tarixi Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi. Bu gün isə, azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri aparılır, möhtəşəm infrastruktur layihələri icra olunur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-05-2025