Əhməd İsmayılov: Rəqəmsal çağırışlara uyğunlaşmaq yalnız texnoloji deyil, etik, hüquqi və sosial yanaşmalar da tələb edir - MÜSAHİBƏ
Tarix: 27-05-2025 | Saat: 10:23
Bölmə:Manşet / Media | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Yubiley tədbirlərinin keçirilməsinə məsul qurumlardan olan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan jurnalistikası üçün əlamətdar tarix ərəfəsində ölkədə media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə APA-nın suallarını cavablandırıb.
150 illik yubileyində milli mətbuatın şərəfli tarixi ilə yanaşı, onun gələcəyi və inkişaf perspektivlərini də diqqət mərkəzində saxlayacağıq
- Əhməd müəllim, 1875-ci ildən milli yaddaşımızda yer etmiş Azərbaycan mətbuatının tarixi missiyasına və keçdiyi yola nəzər salarkən hansı əsas məqamlara toxunulmasını vacib bilirsiniz?
- İlk növbədə xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan milli mətbuatı bir əsr yarımlıq dövr ərzində zəngin, şərəfli inkişaf yolu keçib və biz bu tarixi irsimizlə qürur duyuruq. 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirib, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb.
Azərbaycan milli mətbuatının kəskin senzura şəraitində meydana çıxdığını nəzərə alsaq, vurğulamaq lazımdır ki, mediamız özünün təməl funksiyalarını yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlayıb və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulub. Bu baxımdan xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs verib, əlverişli şərait yaradıb. Ulu Öndərin müdrik addımı nəticəsində Azərbaycan milli mətbuatı tarixin müxtəlif formasiyalarında qarşılaşdığı senzuralardan azad olub. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanda milli mətbuatın yubileylərinin rəsmi səviyyədə qeyd edilməsi kimi xoş bir ənənənin əsası da Ümummilli Lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin mart ayında imzaladığı fərmanla qoyulub.
Ümummilli Lider Heydər Əliyevin siyasətini və ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında medianın rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qalibiyyət medianın da inkişafına impuls verib, bu sahədə növbəti mərhələnin başlanmasını şərtləndirib. Cənab Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi Agentliyin əsas prioritetlərindəndir. Bu baxımdan, jurnalistlərin və kommunikasiya üzrə məsul şəxslərin peşəkar hazırlığının artırılması, müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsi, eləcə də cəmiyyətin informasiya texnologiyaları dövründə mediaya münasibətdə daha sorğulayıcı yanaşmasının formalaşdırması məqsədilə davamlı təşəbbüslər həyata keçirilir, beynəlxalq və yerli müstəvidəki tematik tədbirlər həm təcrübə mübadiləsinə, həm də milli media mühitinin qlobal standartlara uyğunlaşmasına şərait yaradır.
Bu il milli mətbuatımızın yubiley ildönümü ərəfəsində dövlət başçısı jurnalistlərin böyük sevincinə səbəb olacaq növbəti təşəbbüslə çıxış edib. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalının təsis edilməsi təşəbbüsü mətbuatımızın keçdiyi şərəfli tarixi yola, mətbu dəyərlərimizə böyük ehtiramın göstəricisi olmaqla yanaşı, müasir Azərbaycan jurnalistikasına, media sferasında çalışan insanların əməyinə verilən böyük qiymət, yüksək dövlət qayğısının bariz nümunəsidir.
Fikrimizi ümumiləşdirərək deyə bilərik ki, tarixin bütün dövrlərində Azərbaycan mediasının klassik missiyası dəyişməmiş, media maarifçiliyi və ali humanist dəyərləri təbliğ edərək müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi prosesində yaxından iştirak etmişdir. Hazırki çağımızda dəyişən medianın missiyası yox, ictimai əhəmiyyətli xəbərlərin, maraqlı kontentin insanlara çatdırılması prosesində baş verən texnoloji tərəqqi, müasir transformasiyalardır. Bu baxımdan, 150 illik yubileyində milli mətbuatın şərəfli tarixi ilə yanaşı, onun gələcəyi və inkişaf perspektivlərini də diqqət mərkəzində saxlayacağıq.
Azərbaycan mediası istər məzmun, istərsə də texnoloji baxımdan işini daim təkmilləşdirməlidir
- Beynəlxalq informasiya məkanında Azərbaycan mediasının nüfuzunu necə qiymətləndirirsiniz? Media islahatlarının nəticələrindən söz açsaq, hansı məqamlara toxunmaq istərdiniz?
- Azərbaycan yalnız öz media ekosistemi üçün deyil, qlobal informasiya məkanı üçün trend təşkil edən mövzuların, gələcək strategiyaların müzakirə edildiyi məkana çevrilib. Söhbət dünya jurnalistlərinin müzakirə və birgə hərəkət platforması kimi formalaşmış Şuşa Qlobal Media Forumlarından gedir. İlk dəfə 2023-cü ildə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” devizi altında keçirilmiş forumda ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparılıb. Ötən ildə baş tutmuş ikinci forum isə yalnız media deyil, ictimai-siyasi və informasiya təhlükəsizliyi baxımından aktuallıq kəsb edən mövzuya – “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə”yə həsr olunmuşdu. Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili, həmçinin dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər, media savadlılığı, süni intellektin reallığa təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdılar.
Forumlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür. Yeri gəlmişkən, dövlət başçısı birinci forumda çıxışı zamanı bildirdi ki, bu gün bütün iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır.
Əminliklə deyə bilərik ki, Azərbaycan mediasının beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənir, media resurslarımızda dərc olunan materiallar ümumi informasiya axınının formalaşmasında yer tutmaqla yanaşı, beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşür, müxtəlif müstəvilərdə müzakirə predmetinə çevrilir, ictimai fikrin formalaşmasına təsir göstərir. Düşünürük ki, mediamız öz peşəkar fəaliyyətini bundan sonra da layiqincə və ən yüksək səviyyədə həyata keçirməyə davam edəcəkdir.
Xüsusi qeyd etməliyik ki, Medianın İnkişafı Agentliyi yerli media subyektlərinin xarici həmkarları ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində də çoxsaylı tədbirlər həyata keçirir. Bu kontekstdə birgə media platformalarının yaradılması yolu ilə qarşılıqlı maraq doğuran məsələlərdə media həmrəyliyinin formalaşdırılması və sağlam media şəbəkəsinin qurulması təmin edilməkdədir. Qeyd olunan uğurlu təcrübələr əsas götürülməklə bu növ birgə media platformalarının yaradılması istiqamətində işlər davam etdiriləcəkdir.
Qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, müxtəlif dövlətlərin media ekosistemlərinin öyrənilməsi, müvafiq sahədə yeni trendlərin mənimsənilməsi, ümumiyyətlə media və kommunikasiya sferasında birgə əməkdaşlığın qurulması və gücləndirilməsi məqsədilə ikitərəfli forumlar keçirilir və gələcəyə yönəlmiş tərəfdaşlıqlar qurulur. Əvvəlki təcrübələrimizə dayanaraq bir sıra dövlətlərlə birgə forumların təşkili, bu prosesin sistematik şəkildə davam etdirilməsi, nəticədə media əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur.
Təbii ki, qarşıda duran hədəflərin reallaşdırılması üçün medianın yalnız müasir trendləri bilməsi kifayət etmir, yeni yanaşmalara uyğunlaşmaq və gündəlik iş prosesində onları tətbiq etmək lazımdır. Azərbaycan mediası istər məzmun, istərsə də texnoloji baxımdan işini daim təkmilləşdirməlidir. Bu məqsədlərə çatmaq üçün Medianın İnkişafı Agentliyi sistemli yanaşmaya malikdir və mediamızın müasir şəraitdə uğurlu transformasiyasını sürətləndirmək bizim üçün olduqca vacibdir.
Media islahatlarına başlayarkən mühüm prioritetlərimizdən biri dövlət-media münasibətlərində əsas element kimi hüquqi mənzərənin dəqiqləşməsi idi və “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə bu istiqamətdə ciddi addımlar atıldı. Qanun bir tərəfdən bu günə qədər tənzimlənməmiş münasibətləri tənzimləməyə başladı, digər tərəfdən mövcud münasibətlər sistemində yeni nizamasalma mexanizmlərini müəyyənləşdirdi. Ölkəmizin media ictimaiyyəti tərəfindən dəstəklənən bütün bu addımlar informasiya mühitinin sağlamlaşdırılmasına təkan verdi və öz növbəsində jurnalist peşəsinə ictimai etimadın artmasını şərtləndirdi.
Cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistlərimiz də artıq güzəştli ipoteka kreditindən faydalana bilirlər. 2022-ci ildən ölkəmizdə kütləvi informasiya məhsulları, kitablar və dərsliklərin ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı əlavə dəyər vergisindən azad edildi. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində növbəti prinsipial addım 2023-cü ilin yanvarın 1-dən ölkə mətbuatına vergi tətillərinin tətbiq edilməsi oldu. Belə ki, çap və onlayn media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən müəyyən müddətə azad olundu. Bizim keçirdiyimiz müxtəlif görüşlərdə həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən jurnalistlər gəlir vergisinin tam həcmdə ödənilməsinin onlar üçün ağır olduğunu ifadə etməklə, bu istiqamətdə də dövlətin dəstəyinə ehtiyac duyduqlarını bildirirdilər. Bütün bunlar nəzərə alınaraq, cari ilin yanvar ayından jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən azad edilməsi onlar üçün ciddi stimullaşdırıcı addım oldu. Bütün bu təşəbbüslər media mühitinə öz müsbət təsirini göstərməkdədir.
Ötən illərlə müqayisədə unikal materialların həcmi əhəmiyyətli dərəcədə artıb
- Azərbaycan mediasının gələcəyə yönəlik strateji inkişafı barədə nə demək olar? Getdikcə daha da geniş vüsət alan sosial şəbəkələrin və digər texnoloji nailiyyətlərin təsiri jurnalistikada özünü necə göstərəcək və bu istiqamətdə dövlət hansı addımları atmaqdadır?
- Medianın fəaliyyətinin stimullaşdırılması, insanların düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması əsas məqsədimiz olaraq qalmaqdadır. Medianın müasir texnologiyaları mənimsəməkdə hədəfi ictimai məzmunlu materialların cəmiyyətə daha operativ və peşəkar formada çatdırılmasını təmin etməkdir. Son zamanlar ölkə mediasında apardığımız monitorinqlərin və ardıcıl həyata keçirdiyimiz tədbirlərin nəticəsi pozitiv dinamikanı görməyə imkan verir.
“Media haqqında” Azərbaycan Respublikası Qanunu onlayn media subyektləri tərəfindən özünəməxsus material istehsalını stimullaşdırıb, ötən illərlə müqayisədə unikal materialların həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, tərəfimizdən veb-saytların son illərdəki fəaliyyəti təhlil edilib, nümunələr əsasında gündəlik informasiya məzmununun dəyərləndirilməsi həyata keçirilib. Nəticədə məlum olub ki, unikal xəbərlərin nisbəti üç dəfə artıb və hazırda mediada onların həcmi təqribən 35 faizdir. Təhlillər göstərir ki, islahatlar nəticəsində geniş oxucu kütləsi olan və artıq hərtərəfli formalaşmış onlayn media subyektləri ilə yanaşı, hətta kiçik auditoriyalı veb-saytların məzmununda belə ciddi dəyişikliklər müşahidə olunur.
Eyni zamanda, vurğulamalıyıq ki, xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır. Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən çap mediası və onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı olması ilə bağlı tələb irəli sürülüb. Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq.
Bununla yanaşı qeyd etməliyik ki, media subyektləri onlayn resurslarının məzmun və texniki göstəricilərinə, həm də oxunaqlılığının təmin olunmasına ciddi diqqət yetirirlər. Mediada sağlam rəqabət mühitinin olması və bunun təmin edilməsi inkişaf üçün vacib şərtdir. Yerli onlayn media subyektləri onlara təqdim olunan rəqəmsal alətlər vasitəsilə auditoriyasını və rəqibləri arasındakı mövqelərini müəyyənləşdirmək imkanı qazanıblar.
Məlumdur ki, artıq insanların düşüncəsinə nüfuz etmiş rəqəmsallaşma fenomeni, eyni zamanda, yeni imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və səmərəli şəkildə çatmaq imkanı verir. Texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir. Media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşması, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırması zərurəti də yaranır.
Bu gün informasiya mühitindəki proseslər media subyektlərinin kibertəhlükəsizliyinin gücləndirilməsini zəruri edir
- Rəqəmsal texnologiyaların sürətlə həyatımıza daxil olması, eyni zamanda, müəyyən problemlər də yaradır, xüsusən də ölkənin informasiya təhlükəsizliyi üçün yeni təhdid formaları meydana çıxır. Bu istiqamətdə hansı addımlar atılır?
- Təbii ki, rəqəmsallaşma yeni imkan və fürsətlər verdiyi kimi öz növbəsində, ölkələrin media ekosistemləri üçün yeni təhdidlər də yaratmaqdadır. Belə ki, informasiyanın həddindən artıq bolluğu içində dezinformasiya və saxta xəbərlər ciddi təhlükəyə çevrilib. İstifadəçilər informasiya mənbələrinə və ciddi mediaya olan etimadı tədricən itirə bilərlər. Bu baxımdan rəqəmsal çağırışlara uyğunlaşmaq yalnız texnoloji deyil, habelə etik, hüquqi və sosial yanaşmalar tələb edir. Burada media mütəxəssisləri, dövlət qurumları, vətəndaş cəmiyyətləri və texnoloji platformalar arasında əməkdaşlıq həlledici əhəmiyyət daşıyır.
Vurğulamaq istərdik ki, jurnalist peşəkarlığının artırılması, texnoloji inkişafdan irəli gələn yeni bilik və bacarıqların aşılanması istiqamətində Medianın İnkişafı Agentliyinin fəaliyyəti də davamlı xarakter daşıyır. Nümunə olaraq Agentliyin 3 oktyabr 2023-cü il tarixində beynəlxalq ekspertlərin cəlb edilməsi ilə həyata keçirdiyi “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsini göstərə bilərik. Belə ki, tədbirdə ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşı, həmçinin bir sıra ali təhsil müəssisələri və qurumlardan olan qonaqlar iştirak etmişlər. Layihə çərçivəsində təşkil edilmiş təlim müddətində tanınmış mütəxəssislər rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri, diqqət cəlb edən başlıqların formalaşdırılması, xəbərin cəlbedici təqdim olunmasından sonra göstəricilərin ölçülməsi, multimedia və interaktiv elementlərdən istifadə, rəqəmsal mənbələrdən əldə edilən datanın analizi, dataya əsaslanan məzmun strategiyalarının tətbiqi, sosial mediada güclü brendin yaradılması, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması, fərdiləşdirmə və individuallaşdırmanın həyata keçirilməsi barədə maraqlı məlumatlar vermiş, diskussiyalar aparıblar.
Cari ilin may ayının əvvəlində xarici ekspertin cəlb edilməsi ilə ADA Universitetində data jurnalistikasının müasir trendlərinə dair 4 günlük təlimlərimizi jurnalistlər və media ekspertləri yüksək qiymətləndirib. Ümumiyyətlə unutmaq olmaz ki, sürətli rəqəmsal inkişaf şəraitində dezinformasiya və “deep fake” texnologiyaları ilə mübarizə ilə yanaşı, informasiya resurslarının kibertəhdidlərdən müdafiəsi prioritet məsələyə çevrilib. Təcrübə göstərir ki, informasiya məkanının təhlükəsizliyi məzmun daşıyıcılarının etibarlı müdafiəsindən ciddi şəkildə asılıdır. Bu gün informasiya mühitindəki proseslər media subyektlərinin kibertəhlükəsizliyinin gücləndirilməsini zəruri edir. Yeni reallıqlar şəraitində veb-saytların kibertəhdidlərə qarşı dayanıqlılığının araşdırılması və müdafiə üsullarının təkmilləşdirilməsi ciddi ictimai-siyasi çağırışa çevrilib. Bu ilin 14 may tarixində müvafiq qurumların birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün yenidən kibertəhlükəsizlik mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd media nümayəndələrini müasir kibertəhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfə vermək idi.
- Bir neçə gün əvvəl Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə növbəti dəfə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı üzrə müsabiqə elan edib. Bu layihə audiovizual kontentin zənginləşməsinə necə təsir göstərir?
- Bildiyiniz kimi, ilk dəfə ötən ilin aprel ayında dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib, nəticələrə uyğun olaraq həmin ilin sentyabr ayında layihələrin icrasına başlanıb.
Layihə çərçivəsində cari dövrədək 8 ümumölkə yerüstü televiziya yayımçısı tərəfindən dövlət və cəmiyyət üçün prioritet olan mövzularda həftədə bir dəfə olmaqla 12 televiziya proqramı və 6 sosial videoçarx yayımlanmaqdadır.
Müsabiqə çərçivəsində hazırlanmış müvafiq audiovizual məhsullar auditoriya tərəfindən maraqla qarşılanıb, bununla yanaşı, müxtəlif qurumlar və ictimaiyyət tərəfindən sosial videoçarxlar yüksək qiymətləndirilib, onların maarifləndirici mahiyyəti xüsusilə vurğulanıb.
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə tərəfdaşlığı ilə icra olunan layihənin məqsədi yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, müvafiq sahədə yaradıcılığın və peşəkarlığın dəstəklənməsi, yüksək keyfiyyətli istehsalla bağlı əlverişli ekosistemin formalaşdırılması, müxtəlif istiqamətlər üzrə məlumatların ictimaiyyətə effektiv şəkildə çatdırılmasıdır.
Məlumdur ki, dövlət sifarişi ilə maliyyələşdirilən layihələr daha ciddi texniki və peşəkar meyarlara cavab verir. Bu da həm istehsal keyfiyyətini, həm də məzmunun dərinliyini və aktuallığını artırır. Nəticədə, tamaşaçılara daha maraqlı və informativ məhsullar təqdim olunur. Həmçinin, bu növ müsabiqələr müxtəlif sosial, mədəni, tarixi və təhsil yönümlü mövzuların işıqlandırılmasına imkan yaradır, daha əvvəl kommersiya baxımından riskli sayılan mövzulara müraciət təşviq olunur, beləliklə, ümumi kontent xəritəsi zənginləşir. Hazırlanan məhsullarda milli-mənəvi dəyərlər, dövlətçilik ideyası, mədəni irs və Azərbaycan dilinin təbliği ön planda olur və bu ictimai maarifləndirməyə, milli kimliyin möhkəmləndirilməsinə töhfə verir. Bütün bu nüanslar nəzərə alındıqda, əminik ki, növbəti dəfə icrasına başlanan layihə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması baxımından özünü doğrultmağa davam edəcək və silsilə xarakter daşıyacaq.
Dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin olunub
- Media islahatlarının davam etdiyi son illərdə ölkəmizdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkilindən irəli gələn nailiyyətlər artıq medianın işində özünü göstərməkdədir. Bəs yaxın perspektivdə bu yöndə hansı addımlar atılacaq?
- Ümumiyyətlə qeyd etməliyik ki, ölkəmizə qarşı xaricdən informasiya təhdidlərinin artması, habelə bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən “deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən yalan məzmunlu paylaşımlar vasitəsi ilə ictimaiyyətin çaşdırılması, ölkəmizin beynəlxalq imicini hədəfə alan çoxsaylı cəhdlərin fonunda həm müvafiq dövlət orqanlarının, həm də Azərbaycan mediasının üzərinə böyük məsuliyyət düşür.
Son illərdə ölkəmizdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətlərinin yerli mediada operativ formada ifşa olunması, ictimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin olunub.
Heç şübhəsiz ki, cəmiyyətin ictimai-siyasi sayıqlığının qorunması, dövlətçilik prinsip və dəyərlərinin təbliği istiqamətində dövlətin mesajlarının media ilə cəmiyyətə düzgün çatdırılması ictimai rəyin sağlam prinsiplər əsasında formalaşmasına ciddi təsir etməkdədir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və Media Reyestrinin yaradılması nəticəsində bu kommunikativ əlaqədə etibarlılığın təmin olunduğu müşahidə edilməkdədir.
Xüsusilə vurğulanmalıdır ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və müxtəlif dövlət qurumlarının tərəfdaşlığı ilə hər il may ayının əvvəlində keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum dövlət-media dialoqunun praktik platforması rolunu oynayır və hər bir dövlət qurumunun öz mesajlarını auditoriyaya effektiv formada çatdırması üçün açıq müzakirə formatı təqdim edir. Beləliklə, müxtəlif sahələrdə dövlət siyasətini həyata keçirən strukturlarla media arasında fikir və mesajların birbaşa ötürüldüyü müzakirə mühiti yaradılır, nəticədə kommunikasiya effektiv formada həyata keçirilir, tərəflər arasında qarşılıqlı etimad gücləndirilir.
Fürsətdən istifadə edərək, media sahəsində islahatların uğurla həyata keçirilməsi, o cümlədən jurnalist peşəkarlığının artırılması, informasiya mühitinin sağlamlaşdırılması, effektiv strateji kommunikasiyanın qurulması istiqamətində Agentliyin fəaliyyətinə dəstək göstərən bütün həmkarlarımıza təşəkkürümüzü bildiririk.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-05-2025