Mobil versiya
André Venturanın vəziyyəti stabildir
Tarix: 14-05-2025 | Saat: 14:03
Bölmə:Özəl | çapa göndər

André Venturanın vəziyyəti stabildir

Portuqaliya prezidentliyinə namizəd André Ventura Tavirada çıxışı zamanı xəstələndi və hipertoniya tutması ilə xəstəxanaya aparıldı. Bu barədə “Diário de Notícias” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Andre Ventura ötən axşam qəfildən səhnədəki çıxışını dayandırıb və sinəsini sıxıb. Onun komandasının üzvləri siyasətçini dərhal məkandan çıxarıb və təcili yardım çağırıblar.
"Liderimizin problemi var. Şüuru yerindədir, yaxşıdır və mənə dedi ki, mayın 18-i bazar günü seçkidə qalib gələcəyik. Həkimlərin məsləhəti ilə bəzi müayinələrdən keçmək üçün xəstəxanaya getdi", - parlamentar Pedro Pinto izah edib.
Nəşrin xəstəxanadakı mənbələri Andre Venturanın qan təzyiqində sıçrayış olduğunu bildiriblər. Prezidentliyə namizədin özü peşəkar yardım aldığını bildirib və tərəfdarlarına “dəstək, dostluq və dualara görə” təşəkkür edib. Ventura artıq xəstəxanadan buraxılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025