Mobil versiya
"Biz öz mövqeyimizi konkret olaraq göstərməliyik" - Komitə sədri
Tarix: 14-05-2025 | Saat: 12:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Biz öz mövqeyimizi konkret olaraq göstərməliyik" -

"Biz çox həssas məsələlərlə yanaşı öz mövqeyimizi konkret olaraq göstərməliyik. Qlobal Cənub yüksəlir, inkişaf edir, amma problemlər də mövcuddur. Xüsusilə, Qərb-Şərq və Şimal-Cənub münasibətlərində. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan bu istiqamətlərin mərkəzində dayanan məmləkətdir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə komitə sədri Səməd Seyidov deyib.

"Bizim siyasətimiz hər bir ölkə ilə yüksək səviyyədə münasibətlərimizi təşkil etməkdir. Nə edəsən ki, biz təşkil etmək istədiyimiz partnyorlar öz aralarında problemlər yaradıb, hansısa ortaq məxrəcə gələ bilmirlər", - deyə komitə sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025