Mobil versiya
"Gözləntilərimiz budur ki, Hindistan bu prosesə xələl gətirəcək addımlar atmasın" - Nazir müavini
Tarix: 14-05-2025 | Saat: 13:49
Bölmə:Siyasət | çapa göndər

"Gözləntilərimiz budur ki, Hindistan bu prosesə xələl gətirəcək addımlar atmasın" -


"Azərbaycanın xarici siyasətində rəhbər tutduğu prinsiplər BMT nizamnaməsində əks olunub. Bizim hər hansı münaqişə ilə bağlı ifadə etdiyimiz mövqe də məhz bu prinsiplərə əsaslanaraq heç bir tərəfin mövqeyinə toxunmamaq kimi yox, beynəlxalq hüquq nəyi tələb edirsə, o formada açıqlanır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. Nazir müavini bildirib ki, bu eyni zamanda Hindistan və Pakistan arasında olan mübahisə məsələlərinə də aiddir:

"Bu yaxınlarda Azərbaycanın bu məsələ ilə bağlı ifadə etdiyi mövqe də məhz ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda Hindistanın Ermənistanla olan münasibətləri, silah ötürülməsi və s. faktlar qeyd edildi. Xüsusilə kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan normallaşma prosesinə Hindistan və digər üçüncü tərəflər məsələyə xüsusi diqqətlə yanaşmalıdır. Burada gözləntilərimiz bütün dövlətlərdən, o cümlədən Hindistandan budur ki, bu prosesə xələl gətirə biləcək hansısa konkret addımlar atılmasın. Azərbaycanın Hindistanla münasibətlərinin gələcəyinə gəldikdə isə Hindistan olduqca vacib ölkədir. Həm iqtisadi, həm də siyasi mövqe nöqteyi-nəzərdən inkişaf etməkdə olan ölkədir. Azərbaycan həmişə Hindistanla münasibətlərinə dəyər verib. Bu münasibətlər BMT nizamnaməsində də əks olunub. Gərək hər iki dövlət eyni dərəcədə yanaşaraq münasibətlərini qursunlar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025