Ortaq strateji maraqlar
Tarix: 14-05-2025 | Saat: 10:40
Bölmə:Siyasət | çapa göndər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Baş katibi To Lamın mətbuata verdikləri bəyanatlar iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu bəyanatlar təkcə diplomatik protokolun bir parçası yox, həm də qarşılıqlı siyasi iradənin, qarşılıqlı inamın və ortaq strateji maraqların parlaq ifadəsi kimi dəyərləndirilməlidir.
Strateji tərəfdaşlıq siyasi iradənin zirvəsidir. Cənab Prezident İlham Əliyev tərəfindən vurğulanan əsas məqamlardan biri, şübhəsiz, Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması oldu. “Bu, çox ciddi siyasi sənəddir,” – deyən Prezident İlham Əliyev bildirib ki, bu addım əlaqələrin “daha yüksək pilləyə” qaldırılmasını təmin edir. Bu ifadə iki ölkənin sadəcə dostluq münasibətləri ilə kifayətlənməyəcəyini, qarşılıqlı strateji maraqları qorumaqla uzunmüddətli əməkdaşlıq perspektivlərini nəzərdə tutduğunu göstərir. İqtisadi əməkdaşlığın şaxələndirilməsi və enerji gündəliyi də olduqca mühüm məsələdir. Azərbaycan–Vyetnam münasibətlərinin əsas dayaq sütunlarından biri iqtisadi əməkdaşlıqdır. Cənab Prezident Əliyevin də qeyd etdiyi kimi, “ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır”. Bu isə təbii ki, əlaqələrin neft amilindən kənar sahələrdə də dərinləşdirilməsini vacib edir. Cənab Prezidentin verdiyi məlumata görə, qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilib və “aidiyyəti qurumlara konkret addımlar atılması ilə bağlı göstəriş verilib”. Bu, biznes dairələri üçün qarşılıqlı investisiya imkanlarının yaranmasına şərait yaradacaq. Cənab Prezidentin sözləri ilə desək, “biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik”. Bəyanatda bərpaolunan enerji sahəsinə də xüsusi yer verilib. “Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var”, – deyən dövlət başçısı Vyetnam şirkətlərini bu sahəyə investisiya qoymağa dəvət edib. Bununla yanaşı, Azərbaycan tərəfi də Vyetnamın bərpaolunan enerji sektoruna sərmayə qoymağa hazır olduğunu bəyan edib. Bu qarşılıqlı yanaşma hər iki ölkənin yaşıl enerji hədəflərinə uyğun strateji əməkdaşlıq üçün zəmin yaradır. Mədəni, elmi və texnoloji əməkdaşlığa geniş perspektivlər olduğu da bəyanatda əksini tapıb. Cənab Prezident İlham Əliyevin çıxışında mədəniyyət, təhsil və müdafiə sənayesi kimi qeyri-ənənəvi, lakin strateji sahələrdə əməkdaşlıq imkanlarına da toxunulub. Onun sözlərinə görə, “birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər”. Bu sahələrdə həm texnoloji təcrübə mübadiləsi, həm də insan resurslarının qarşılıqlı inkişafı mümkündür. Təhsil sahəsində əməkdaşlıq, tələbə mübadiləsi və birgə akademik layihələr gələcək nəsillərin bir-birini daha yaxından tanıması baxımından önəmlidir. Eyni zamanda, mədəni tədbirlərin təşkili xalqlar arasında sosial yaxınlığın formalaşmasında əvəzsiz rol oynaya bilər. Beynəlxalq təşkilatlarda həmrəylik və ortaq mövqelər artıq kifayət qədər inkişaf edib. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyən ölkələrdir. Cənab Prezident İlham Əliyev bu haqda danışaraq xatırladıb ki, “Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir”. Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə göstərdiyi fəaliyyət hər iki ölkənin ortaq diplomatik fəallığının göstəricisidir. Cənab Prezidentin sözləri ilə desək, “biz bu gün beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq... və burada da heç bir fikir ayrılığı yoxdur”. Nəqliyyat və coğrafi məsafənin körpüləşdirilməsi münasibətləri daha da gücləndirir. İki ölkə arasındakı böyük coğrafi məsafə nəqliyyat dəhlizləri vasitəsilə aradan qaldırıla bilər. Cənab Prezident İlham Əliyev qeyd edib ki, “Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik”. Bu dəhlizlər yalnız mal dövriyyəsini deyil, həm də siyasi və iqtisadi inteqrasiyanı gücləndirəcək. Ortaq baxış, ortaq gələcəyə baxdıqda isə əməkdaşkığın uğurlu inkişafı görünür. Cənab Prezident İlham Əliyevin “biz demək olar ki, vahid mövqedən çıxış edirik” sözləri bu görüşün əsas fəlsəfəsini əks etdirir. Müxtəlif coğrafiyalarda yerləşmələrinə baxmayaraq, Azərbaycan və Vyetnam arasında əməkdaşlıq platforması getdikcə daha genişlənir. Strateji tərəfdaşlıq Bəyanatı ilə iki ölkə gələcək nəsillər üçün daha sabit, qarşılıqlı faydalı və dərin əməkdaşlığa əsaslanan münasibətləri formalaşdırmaq niyyətində olduqlarını bir daha nümayiş etdirdilər. Bu isə həm regionlararası əməkdaşlıq üçün model ola bilər, həm də Cənubi Qafqaz və Cənub-Şərqi Asiya arasında yeni körpülərin qurulmasına yol açır.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025