Mobil versiya
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşlərini davam etdirir -Fotolar
Tarix: 14-05-2025 | Saat: 13:35
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşlərini davam etdirir

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Muğanlı kəndində şəhid Rəsulov Akifin ailəsini ziyarət edib.
Z
iyarət zamanı şəhidin ailə üzvləri ilə görüş keçirilib, onların sosial-məişət şəraiti ilə maraqlanılıb. Şəhid ailəsinə maddi yardım göstərilib.Qeyd olunub ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Ziyarətdən sonra millət vəkili Asif Əsgərov tərəfindən Muğanlı kəndində vətəndaş qəbulu keçirilib,qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəbul zamanı kənd sakinləri tərəfindən əsasən sosial təminat, məşğulluq, infrastruktur, səhiyyə və təhsil sahələri ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, bir sıra problemlər yerindəcə həll olunub, digərləri ilə bağlı isə müvafiq dövlət qurumları qarşısında qaldırılmaq üçün qeydiyyata alınıb.Səsləndirilən müraciətlərə əsasən bir sıra aztəminatlı ailələrə maddi yardım göstərilib.

Millət vəkili qeyd edib ki,bu cür görüşlər həm də dövlət vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Görüşün sonunda kənd sakinləri göstərilən diqqət və həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, ölkədə şəhid ailələrinə, müharibə iştirakçılarına və sadə vətəndaşlara göstərilən qayğı, Azərbaycan dövlətinin öz xalqına dayaq olma prinsipinin bariz təzahürüdür. Bu qayğı hər bir vətəndaşda güclü dövlətçilik ruhu, sabaha olan inam və qürur hissi yaradır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025