Mobil versiya
Medvedev: Hərbi əməliyyatlar gec-tez bitəcək
Tarix: 08-05-2025 | Saat: 20:02
Bölmə:Özəl | çapa göndər

Medvedev: Hərbi əməliyyatlar gec-tez bitəcək

Ukraynada xüsusi əməliyyat əbədi davam etməyəcək; Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, hərbi əməliyyatlar gec-tez bitəcək. Bu barədə RİA Novosti yazır.
Agentliyin məlumatına görə, siyasətçi yazıçı və şairlər, SVO haqqında kitabların müəllifləri ilə görüşü zamanı xüsusi əməliyyatla bağlı bir sıra açıqlamalar verib.

"Bu, daimi vəziyyət deyil. Hərbi əməliyyatlar sona çatacaq, istənilən halda müəyyən fasilələr olacaq ki, biz formal nəticələr əldə edə bilək", - Medvedev qeyd edib

Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, hazırda Ukrayna ilə nifrət səviyyəsi yüksəkdir, lakin barışıq baş tutacaq.

Medvedev bəyan edib ki, gec-tez Rusiyada xüsusi əməliyyatla bağlı anım günü yaradılmalıdır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025