Mobil versiya
AzQAC 8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr olunmuş dəyirmi masa keçirilib -Fotolar
Tarix: 08-05-2025 | Saat: 18:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

AzQAC 8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında 8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Cəmiyyətin Fəxri üzvü, ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

aia.az xəbər verir ki, tədbir zamanı Qızıl Xaç və Qızıl Aypara Hərəkatının keçdiyi yol, əldə etdiyi uğurlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Eyni zamanda Qızıl Aypara Cəmiyyəti ilə digər tərəfdaş təşkilatlar arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov çıxışında Azərbaycan Qızıl Aypara Hərəkatının ictimai həyatda oynadığı mühüm roldan və Cəmiyyətin 105 illik fəaliyyətindən bəhs edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi Dragana Kojic 8 May gününün əhəmiyyətindən danışaraq Hərəkatın inkişaf yoluna diqqət çəkib. Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonja Bjorklund isə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Federasiya arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub. Tədbirdə həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Florence Nightingale medallı üzvü Firuzə Əliyeva öz şərəfli həyat yolundan danışıb. Sonda Cəmiyyətin fəaliyyətində fərqlənən bir qrup əməkdaş və könüllü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Fərmanı və Təşəkkürnaməsi ilə təltif olunub. Tədbir zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətində istehsalat təcrübəsi keçən tələbələr tərəfindən səhnəcik nümayiş etdirilib. Eyni zamanda, lövhədə Cəmiyyətin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025