Bugünkü Azərbaycan Heydər Əliyevin ən gözəl əsəridir - DEPUTAT
Tarix: 08-05-2025 | Saat: 18:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bir gündən sonra Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur və Milli Məclis olduqca düzgün addım ataraq ən böyük azərbaycanlımız, ən böyük sərvətimiz olan bu dahi şəxsiyyətin 102 illiyi ilə əlaqədar olaraq xüsusi iclas keçirir. Ümummilli Liderimiz Heydər Əliyev nəinki müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir, mayası Vətən torpağından yoğrulmuş bu dahi şəxsiyyət bütün azərbaycanlıların qürur mənbəyi, iftixar yeridir.
Bu bənzərsiz və bütöv şəxsiyyət haqqında bu günə qədər çox danışılıb, çox kitablar, əsərlər yazılıb. Lakin hesab edirəm ki, görkəmli və əzəmətli Heydər Əliyev haqqında nə qədər danışılsa da, yazılsa da azdır. Ona görə ki, Heydər Əliyev siyasəti zamansızdır, məkansızdır və müqəddəsdir. Məhz elə Azərbaycan torpağı kimi.
Azərbaycan necə Heydər Əliyevin əsəridirsə, Azərbaycanın ana maddələr toplusu olan Konstitusiyamız da Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, xalqı bütöv amal uğrunda ətrafında toplamağı bacaran dahi şəxsiyyətin adı ilə bağlıdır.
Konstitusiyamız fundamental, tam, bütöv bir sənəddir. Bu sənəd ölkəmizin demokratik inkişaf yolu ilə irəliləməsində strateji yol xəritəsidir. Məhz bu sənəd özündə hüquqi dövlətçiliyin əsaslarını ehtiva etməklə insan haqları sahəsində qabaqcıl dünya təcrübəsini də tam əhatə edir.
44 günlük Vətən müharibəsində hərbi, diplomatik və informasiya cəbhəsində əldə etdiyimiz uğurların məhək daşı məhz Ulu Öndərimiz tərəfindən qoyulub. Heydər Əliyev siyasi irsini və həyat missiyasını cənab Prezident İlham Əliyevə ötürməklə adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş, zamanın fövqündə dayanmağı bacarmış dahi şəxsiyyətdir. Ata vəsiyyətini icra etmək üçün çətin və məşəqqətli bir yola çıxan Müzəffər Ali Baş Komandanımız bu gün Azərbaycan xalqını nəinki dünyada qalib xalq kimi tanıdır, eyni zamanda regionun siyasi olduğu qədər, iqtisadi xəritəsini də yenidən cızır. Qədirbilən xalqımız müasir Azərbaycan dövlətinin və onun inkişaf konsepsiyasının memarı olan Ümummilli Lider Heydər Əliyevin hər ildönümünü Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında, ən ucqar nöqtələrində belə böyük coşqu ilə qeyd etməsi, xalqımızın öz xilaskarına, ümummilli və ümumbəşəri liderinə verdiyi tam əsaslı dəyərdir. Ömrünü xalqa fəda edən bu dahiyə xalq özü Ümummilli Lider statusunu (titulunu) verməklə onun ideallarını özünün əbədi məşəlinə çevirib.
Heydər Əliyev hətta ən çətin dönəmlərdə belə Azərbaycan xalqının milli maraqları naminə atdığı addımlarla, keçdiyi keşməkeşli həyat yolu ilə Vətənə, xalqa sonsuz sevginin, torpağa sədaqətlə bağlılığın əyani nümunəsini yaratmağı bacardı. Buna görə də Heydər Əliyevin ömür yolu və taleyi yalnız bir şəxsin deyil, bütün və bütöv Azərbaycan xalqının yolu və taleyidir.
Heydər Əliyevin həyatı və fəaliyyəti xalqın mənafeyi ilə sarsılmaz şəkildə bağlı idi. Bir tərəfdən müstəqilliyini yenicə bərpa edən ölkəni ayağa qaldırmaq kimi çətin missiyanı üstlənmək, digər tərəfdən isə yoluna daş qoyanlara qarşı mübarizə aparmaq kimi ikitərəfli və çoxtərəfli cinahda apardığı mübarizəni davam etdirmək belə Heydər Əliyevi usandırmadı, yolundan döndərmədi. Məhz Heydər Əliyevin irəli sürdüyü və tətbiq etdiyi “Azərbaycançılıq” məfkurəsinin nəticəsi idi ki, ölkəmizdə hökm sürən mənəvi-ideoloji boşluq qısa zamanda dolduruldu. Birbaşa bunun məntiqi davamıdır ki, milli və etnik mənsubiyyətindən asıllı olmayaraq bütün Azərbaycan xalqı “Dəmir yumruğ”un ətrafında ətdən sipər hördü. Ötən dövr, yaşanan tarixi reallıq və siyasi faktlar “Azərbaycançılıq” fəlsəfəsinin alternativsizliyini sübut edir.
Dahilik ucalmaqla deyil, ucaltmaqla ölçülür. Azərbaycan xalqını dirçəldən Heydər Əliyev, ucaldan isə onun siyasi irsi oldu. Heydər Əliyev bütün dünyada tanınan, rəğbət edilən ən böyük azərbaycanlı, dünya səviyyəli siyasətçidir. Heydər Əliyev bizim ən böyük milli sərvətimizdir.Zamanın özü ən gözəl ölçü və meyardır. Bugünkü Azərbaycan Heydər Əliyevin ən gözəl əsəridir.
Dövlətimiz, cəmiyyətimiz, xalqımız Ulu Öndərimizin siyasi konsepsiyasının güclü dövlətçilik prinsiplərinin bazisində dayanan Konstitusiyamızı rəhbər tutmaqla inkişaf edir.
Azər Badamov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər