Mobil versiya
UNRWA: Qəzzada görünməmiş aclıq
Tarix: 08-05-2025 | Saat: 19:38
Bölmə:Özəl | çapa göndər

UNRWA: Qəzzada görünməmiş aclıq

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin hücumu altında olan Qəzza zolağında görünməmiş aclıq yaşadığını açıqlayıb.
UNRWA-nın X hesabından edilən yazılı açıqlamada Qəzzada fələstinlilərin yaşadığı aclıq fəlakəti ilə bağlı məlumat verilib.Açıqlamada, İsrailin sərhəd qapılarını bağlaması səbəbindən "Qəzza zolağında görünməmiş aclıq hökm sürür".

Bəyanatda Qəzza zolağının “ümidsizlik diyarına” çevrildiyi və İsrailin blokadasının aradan qaldırılması, yardımların buraxılması, məhbusların azad edilməsi və atəşkəsin bərpa olunmasının vacibliyi qeyd edilib.

İsrail martın 2-də ərzaq, dərman və humanitar yardım axınını dayandıraraq sərhəd keçidlərini bağladıqdan sonra Qəzza zolağı dərin humanitar böhranla üzləşib.

Qəzzadakı Fələstin hökuməti mənbələrinin məlumatına görə, bölgədə geniş miqyasda aclıq hökm sürür və aclıqdan ölənlərin sayı 57-yə çatıb.Aclıqdan ölənlərin əksəriyyəti uşaqlardır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025