Mobil versiya
Gürcüstanda siqaret qaçaqmalçılığı ilə mübarizə
Tarix: 06-05-2025 | Saat: 22:23
Bölmə:Özəl | çapa göndər

Gürcüstanda siqaret qaçaqmalçılığı ilə mübarizə

Ümumilikdə ötən ay 30 nəfər məsuliyyətə cəlb edilib, onlardan 7-si saxlanılıb
Bu ilin aprelində Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aksizli tütün məmulatlarının qanunsuz saxlanması, daşınması və satışı ilə bağlı 21 fakt müəyyən ediblər, agentliyin saytında bildirilir.
Ümumilikdə ötən ay 30 nəfər məsuliyyətə cəlb edilib, onlardan 7-si saxlanılıb.
Aprel ayında satış üçün nəzərdə tutulmuş müxtəlif markalı 59 444 qutu qaçaqmalçılıq yolu ilə siqaret götürülüb. Malların ümumi bazar dəyəri 300 min lari (109,5 min dollar) keçir.

İstintaq altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzanı nəzərdə tutan “Aksiz markası olmadan markalanmalı olan aksizli malların buraxılması, saxlanması, satışı və ya daşınması” maddəsi ilə aparılır. Siqaret qaçaqmalçılığı Gürcüstanda 2019-cu ildən, ölkədə tütün əleyhinə qanunvericiliyə görə siqaret və tütün qiymətlərinin kəskin bahalaşdığı və aksiz və tütün vergilərinin artırılması ilə bağlı geniş yayılıb. Bu, son illərdə qaçaq siqaretə tələbatın artmasına səbəb olub. O vaxtdan Gürcüstanda aksizsiz tütün məmulatlarının idxalı və satışı xüsusi nəzarətdədir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2025