Mobil versiya
Azərbaycan-Çin münasibətləri ən yüksək səviyyədə inkişaf edir
Tarix: 30-04-2025 | Saat: 12:55
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Çin münasibətləri ən yüksək səviyyədə inkişaf edir

Dövlətimizin xarici siyasətində dünya, o cümlədən Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur.Dünyada cərəyan edən hadisələr fonunda Azərbaycanın yürütdüyü uğurlu müstəqil siyasət respublikamıza olan marağı daha da artırır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri tarixi əhəmiyyət kəsb edir.Dünyanın ən böyük dövlətlərindən birində ölkəmizin başçısına və nümayəndə heyətinə göstərilən yüksək hörmət iki dövlət arasında münasibətlərin hansı səviyyədə inkişaf etdiyinin göstəricisidir.
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Şərq-Qərb qarşılıqlı əlaqələrində bağlayıcı həlqə kimi mühüm geostrateji əhəmiyyətə malik olan Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə hərətərəfli əlaqələr qurub və bu əlaqələr daim artan dinamika üzrə inkişaf etməkdədir. Qarşılıqlı inam, hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı dəstək kimi ikitərəfli münasibətlər əsasında qurulan bu tərəfdaşlıq hər iki ölkənin strateji maraqlarına uyğundur.Azərbaycan və Çin arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq.Azərbaycanla Çin dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir.Aprelin 22-24-də cənab Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük köməklik göstərir.Bu gün Çin Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri olan Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Çünki bu layihə Pekin üçün də böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması Çindən Avropaya uzanan yolun açılması baxımından da çox önəmlidir. Ona görə rəsmi Pekin ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılaması təklifinə dəstəyini ifadə edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çinə səfəri iki ölkə arasındakı dost münasibətlərin zirvə məqamlarını yaşaması üçün böyük bir stimul olacaq. Dövlətimizin başçısının Pekində yüksək səviyyədə qarşılanması da iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunun əyani sübutudur.Dövlət başçısı Çin Xalq Respublikasının Sinxua agentliyinə müsahibəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edərək bildirib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduqlarını təsdiq ediblər. Azərbaycan liderinin bu müsahibəsi ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafını, strateji tərəfdaşlığın əhəmiyyətini və gələcək perspektivlərini ətraflı şəkildə əks etdirir.Azərbaycanla Çin arasında müasirləşməni birgə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq barədə razılığın əldə olunmasına da diqqət çəkib: “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Eyni zamanda iki ölkə arasında digər sahələrdə əldə edilən razılaşmalar, Bakı-Pekin münasdibətlərinin bundan sonra fərqli inkişaf trayektoriyasına malik olacağını bir daha təsdiq edir.
Beləliklə, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini şaxələndirmək üçün böyük potensial var. Bu isə gələcəkdə Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə zəmin yaradır.Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın belə nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi dövlətimizin başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2025