Mobil versiya
YAP Laçın rayon təşkilatı Heydər Əliyevin anadan olmasını münasibətilə tədbiri keçirib -Fotolar
Tarix: 30-04-2025 | Saat: 15:36
Bölmə:Özəl | çapa göndər

YAP Laçın rayon təşkilatı Heydər Əliyevin anadan olmasını münasibətilə tədbiri keçirib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı aprelin 30-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri təşkil edib.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov belə müsabiqələrin məktəblilər arasında Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və müstəqil Azərbaycan dövlətinin quruculuğunda Ulu Öndərin rolunun dərindən dərk edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar müəssisələrində təşkil olunan silsilə tədbirlərin ölkəmizin müstəqillik tarixinin düzgün təbliği və ideoloji işin gücləndirilməsi üçün mühüm rol oynadığını bildirib.

Sədr həmçinin Ümummilli Lider Heydər Əliyevin yeni məktəblərin tikintisinə verdiyi dəstəkdən, ali təhsilin əlçatanlığının artırılmasından və xaricdə təhsil ənənəsinin formalaşdırılmasındakı xidmətlərindən söz açıb.

Laçın rayon Ə.Ə. Məmmədov adına Qışlaq kənd orta məktəbin direktoru Təbiət Alıyev və Taxtakörpü qəsəbə tam orta məktəbin müəllimi Asudə Mirzəyeva çıxış edərək, müsabiqənin azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərimizin qorunması və vətənpərvərlik tərbiyəsinin aşılanmasında vacib rol oynadığını qeyd ediblər.
Tədbirdə müsabiqə qalibləri, onların müəllim və valideynləri təbrik olunub, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda qaliblərə təşəkkürnamə və hədiyyələr təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2025