Mobil versiya
Prezident İlham Əliyev: “Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik”.
Tarix: 30-04-2025 | Saat: 11:58
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: “Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik”.

Bu gün regionumuzun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində Azərbaycanın irəli sürdüyü humanist təşəbbüslər dünya dövlətləri tərəfindən alqışlanır, rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti onun nüfuzunun daha da artmasına rəvac verir. Azərbaycan bütün qonşuları ilə qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemində fərqli quruluşa, rejimə malik olan İranla da əməkdaşlığı diqqət mərkəzində saxlayır. İran Azərbaycanın cənub qonşusu və bütün mənalarda ona yaxın olan dövlətdir. Onu da nəzərə alsaq ki, İran əhalisinin böyük bir hissəsini etnik azərbaycanlılar təşkil edir, bu zaman iki ölkə arasında münasibətlərə xüsusi diqqət yetirməyin vacibliyi bir daha aydın görünür.
Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf etməkdədir. Bu ilin yanvar ayında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədin Bakıya səfəri zamanı hər iki ölkənin əlaqələrində enerji və nəqliyyat dəhlizlərinin inkişafının prioritet olduğu vurğulanmışdır. Prezident İlham Əliyev iqtisadi-ticarət, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlığın davam etdiyini diqqətə çatdırmışdır. Bu əməkdaşlıq regionda sabitliyin və inkişafın təmin olunmasına xidmət edir. Enerji sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. İki ölkə arasında strateji enerji layihələri həm elektrik enerjisi istehsalını artırır, həm də regionun su ehtiyatlarından səmərəli istifadə etməyə imkan yaradır.
Ən əhəmiyyətli layihələrdən biri də Azərbaycan-İran sərhədində yerləşən "Xudafərin" və "Qız qalası" hidroelektrik kompleksləridir. 2024-cü ildə açılan bu komplekslər həm enerji təchizatına, həm də kənd təsərrüfatı suvarma sistemlərinin inkişafına güclü stimul verir. Prezident İlham Əliyev açılış mərasimində İran-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu vurğulayaraq demişdir ki, İran-Azərbaycan birliyi və dostluğu sarsılmazdır. Heç kim bizim aramıza nifaq sala bilməz. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50 faiz artması, eləcə də Ağbənd dəmir yolu və körpüsünün tikintisi hər iki ölkənin logistika potensialını artırmaq məqsədi daşıyır. Azərbaycan və İranın strateji əməkdaşlığında Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən layihələr önəmli yer tutur. Bu dəhliz Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yoludur. Dəmir və avtomobil yolları, liman infrastrukturlarının modernləşdirilməsi həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də beynəlxalq ticarətin həcminin artmasına şərait yaradır.
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri baş tutub. Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.
“Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir” deyən Prezident İlham Əliyev bildirib ki, bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır. Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən – ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi, mədəni və dini yaxınlıqla daha da möhkəmlənir. Bu iki ölkənin həm coğrafi, həm də mənəvi baxımdan bağlı olduğunu əks etdirir.
Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir. “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”, – deyə Azərbaycan Prezidenti bildirib.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2025