Mobil versiya
Bakıda uşaqlar qaçırılır? - DİN-dən açıqlama
Tarix: 30-04-2025 | Saat: 10:01
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda uşaqlar qaçırılır? -

"WhatsApp" qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:

"Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar", - deyə açıqlamada qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2025