Mobil versiya
Belçika Ukraynaya ayrılan vəsaitin bir hissəsini geri çəkəcək
Tarix: 24-04-2025 | Saat: 20:50
Bölmə:Özəl | çapa göndər

Belçika Ukraynaya ayrılan vəsaitin bir hissəsini geri çəkəcək

Belçika hökuməti Avropa Komissiyasının öz hərbi ehtiyacları üçün Ukraynaya silah tədarükü üçün ayırdığı vəsaitin bir hissəsini geri çəkmək niyyətindədir. Bu barədə “Le Soir” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Belçika hakimiyyəti müdafiəyə büdcə xərclərini ÜDM-in 1,3 faizindən 2 faizədək artırmağı planlaşdırır və bunun üçün əlavə maliyyə mənbələrinə ehtiyacı olacaq. Ölkənin baş naziri Bart De Veverin təklifinə əsasən, onlardan biri Avropada Belçikanın Euroclear platformasında bloklanan “dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlir vergiləri”ndən əldə edilən gəlirlər olacaq.


Avropa Komissiyasının planlarına görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlir Ukrayna hərbi sənaye kompleksinin inkişafı proqramlarına və Kiyev üçün silah alınmasına yönəldilməlidir.


Bundan əvvəl Belçika hökuməti Ukraynaya hərbi yardım üçün hər il bir milyard avro ayıracağını vəd etmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2025