Ermənilər revanşizm ideologiyasından əl çəkməyiblər - DEPUTAT
Tarix: 24-04-2025 | Saat: 14:45
Bölmə:Siyasət | çapa göndər

Ermənistanda 24 aprel ərəfəsində keçirilən "məşəl yürüşü" zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılması təkcə bir vandalizm aktı deyil, həm də sülh prosesinə qarşı yönəlmiş açıq çağırışdır. Bu cür hadisələr göstərir ki, erməni cəmiyyətində müəyyən dairələr hələ də nifrət və revanşizm ideologiyasından əl çəkməyiblər.
Tarix bizə öyrədir ki, məşəl yürüşləri müasir dünyada heç də barış və demokratiya simvolu deyil. Bu yürüşlərin analoqları 1930-cu illərdə faşist Almaniyasında keçirilib — orada yalnız kitablar deyil, fərqli fikirlər, sülh çağırışları və humanist dəyərlər də yandırılıb. Bu gün Ermənistanda baş verənlər isə həmin köhnə ideoloji modelin yenidən səhnələşdirilməsidir.
Azərbaycan və Türkiyə bayraqlarının yandırılması yalnız dövlətlərə qarşı deyil, həm də həmin bayraqların daşıdığı dəyərlərə — müstəqillik, suverenlik və dinc birgəyaşayışa qarşı yönəlib. Bu cür hərəkətlər xalq diplomatiyasına, regional inteqrasiyaya və sabitliyə böyük zərbədir. Belə bir zamanda bu cür nifrət aksiyalarının cəzasız qalması beynəlxalq ictimaiyyət üçün də sual doğurmalıdır.
Əgər bir cəmiyyət sülhə hazırdırsa, bu, yalnız rəsmilərin bəyanatlarında deyil, həm də ictimai şüurda, gənclərin tərbiyəsində və simvolik aksiyalarda özünü göstərməlidir.
Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, regionda davamlı sülhə sadiqdir. Amma bu yol təktərəfli deyil.
Ermənistanda nifrəti təbliğ edən aksiyalarla paralel olaraq heç bir sənəd, heç bir təşəbbüs səmərə verməyəcək. Sülh istəyənlər danışmalı, nifrət yayanlar isə cavab verməlidirlər.
Azər Kərimli
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2025