Mobil versiya
“Real Madrid” müdafiəçisi ilə yollarını ayıracaq
Tarix: 24-04-2025 | Saat: 18:10
Bölmə:İdman | çapa göndər

“Real Madrid” müdafiəçisi ilə yollarını ayıracaq

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Xesus Valyexo "Rayo Valyekano"ya keçməyə yaxındır.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi “kral klubu”nun gələcək planlarına daxil deyil. Bu səbəbdən Madridin digər təmsilçisi “Rayo Valyekano” oyunçunu transfer etmək istəyir.

X. Valyexo 2015-ci ildə “Real Madrid”ə qoşulub. O, daha çox müxtəlif klublarda icarə əsasında çıxış edib.

Qeyd edək ki,Xesus Valyexo bu mövsüm Madrid təmsilçisinin heyətində 1 oyunda meydana çıxıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2025