Mobil versiya
"Azərbaycanın 10 ili həmin dövlətlərin 100 illik inkişafına bərabərdir" - DTX Akademiyasının rəisi
Tarix: 24-04-2025 | Saat: 14:00
Bölmə:Gündəm | çapa göndər

"Azərbaycanın 10 ili həmin dövlətlərin 100 illik inkişafına bərabərdir" -

"Tələbələr sual verirdilər ki, necə oldu ki, ABŞ Konstitusiyası 1787-ci ildə qəbul edilib və bu günə kimi həmin Konstitusiyaya sadəcə 27 əlavə edilib. Bu əlavələrdən də ilk 10-u 1790-ci illərdə qəbul olunub. Yerdə qalan 17 əlavənin isə bir neçəsi o qədər də önəmli deyil. Bu qədər müddət ərzində ABŞ Konstitusiyasına 27 əlavə edilib, amma Azərbaycan Konstitusiyası bu qədər çox dəyişikliyə məruz qalıb. Əslində götürəndə biz Azərbaycanın müstəqillikdən bu tərəfə olan dövrünə nəzər salsaq, konstitusiya qəbul olunandan bu yana ölkəmizin keçdiyi inkişaf yolu Avropa dövlətləri və ABŞ-ın vaxtilə 100 ilə keçdiyi inkişaf yoluna bərabərdir. Azərbaycanın bu iki 10 ili həmin dövlətlərin 100 illik inkişafına bərabərdir".

aia.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov deyib.

"Proporsional sistem demokratiyanın yaranmasına, siyasi hakimiyyətin xalqdan, seçicidən ayrılmasına önəm verən sistemdir. Zaman gələ bilər, müəyyən dövr yetişə bilər ki, biz proporsional sistemə yenidən qayıda bilərik. Amma bu günün tələbi məhz majoritar sistemə keçidlə bağlı idi”, - deyə Elşad Nəsirov bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2025