Mobil versiya
Azərbaycan-Çin münasibətlərində tarixi dönüş nöqtəsi
Tarix: 23-04-2025 | Saat: 18:26
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycan-Çin münasibətlərində tarixi dönüş nöqtəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri və bu səfər çərçivəsində baş tutan mühüm görüşlər, imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu sənəd təkcə iki dövlət arasında siyasi və iqtisadi münasibətlərin yeni səviyyəyə yüksəldiyini göstərmir, eyni zamanda regional və qlobal miqyasda Azərbaycanın artan strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Siyasətçi Elçin Əliyev bu hadisələri şərh edərkən eyni zamanda bildirib ki, Azərbaycanın davam etdirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan bu gün dünyanın əsas güc mərkəzləri ilə strateji tərəfdaşlıq qurmaq imkanına malikdir:
“Bu hadisə təkcə iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın genişlənməsi demək deyil. Bu, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, etibarlı tərəfdaş imicinin təsdiqidir. Çin kimi qlobal güclə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmək, gələcək nəsillərin təhlükəsizliyi və rifahı üçün açılmış yeni bir pəncərədir,” deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə keçirdiyi görüş və imzalanan sazişlər ölkələrimiz arasında əməkdaşlığın enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və digər prioritet sahələrdə daha da genişlənəcəyinə dair ciddi mesajlar verir. Çinlə qurulan bu strateji tərəfdaşlıq “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın nəqliyyat-logistika imkanlarının daha da gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan öz milli maraqlarına əsaslanan çoxşaxəli və balanslaşdırılmış xarici siyasəti sayəsində dünyada nüfuzunu artırmaqda davam edir. Dövlətimizin başçısının uzaqgörən və müstəqil siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu daha da möhkəmləndirir.
Bu strateji tərəfdaşlıq, yalnız bu günün deyil, həm də gələcək nəsillərin firavanlığı üçün böyük imkanlar açır. Bu səfərin nəticələri regionumuzun təhlükəsizliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2025