Maksimum bal toplayan Bakı məktəbliləri
Tarix: 17-04-2025 | Saat: 16:47
Bölmə:Təhsil / Karusel | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Qurumdan aia.az-a verilən məlumata görə, martın 9-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 313 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025