Mobil versiya
Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib -Fotolar
Tarix: 18-04-2025 | Saat: 18:14
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin sədri  Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Aprelin 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası çərçivəsində 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirlərdə iştirak edib.
MDB PA-nın 58-ci plenar iclasının iştirakçıları əvvəlcə Piskaryov memorial məzarlığını ziyarət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova və MDB-yə üzv dövlətlərin parlament sədrləri memorial məzarlıqda "Ana vətən" abidəsi qarşısına gül çələngləri qoyublar.
Sonra Tavriya sarayında 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub. Plenar iclas iştirakçıları konserti izləyiblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025