Mobil versiya
"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" - İran XİN rəhbəri
Tarix: 18-04-2025 | Saat: 16:09
Bölmə:Dünya | çapa göndər

"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" -

İran hakimiyyəti hesab edir ki, Tehranın nüvə proqramı üzrə danışıqlarda iştirak edən tərəflər razılığa gələ biləcəklər.

aia.az xəbər verir ki, bunu İran slam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

"Bu ABŞ-nin qeyri-real tələbləri yalnız razılığa gəlmək imkanlarını azaldacaq... Dolayı danışıqlar mürəkkəb və ya təəccüblü bir şey deyil", - rəsmi qeyd edib.

O, həmçinin rusiyalı həmkarı Sergey Lavrovla bugünkü danışıqlardan danışıb və qeyd edib ki, ABŞ ilə danışıqların məzmunu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə məlumat verib.

Xatırladaq ki, İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqların ikinci raundu aprelin 19- da Romada keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025