Mobil versiya
Şirvanda 500-dən çox saxta spirtli içki satışının qarşısı alınıb
Tarix: 18-04-2025 | Saat: 17:30
Bölmə:Ölkə | çapa göndər

Şirvanda 500-dən çox saxta spirtli içki satışının qarşısı alınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvanda topdansatış mağazasında yoxlama keçirib.

Bu barədə aia.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025