Azərbaycan-Gürcüstan münasibətləri: etibarlı strateji tərəfdaşlıq və qarşılıqlı inam ortaq hədəflərə çatmağa imkan verir - Heydər Əsədov
Tarix: 17-04-2025 | Saat: 16:07
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşləri və mətbuat üçün bəyanatlar iki ölkə arasında mövcud olan etibarlı strateji tərəfdaşlığın bir daha təsdiqi oldu. Tarixi, mədəni və coğrafi yaxınlıq üzərində qurulan bu münasibətlər artıq təkcə regional deyil, həm də beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir.
Əsrlər boyunca mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında formalaşan Azərbaycan-Gürcüstan münasibətləri müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli əməkdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.
Dövlətlərarası tərəfdaşlıq əsasında enerji, nəqliyyat və logistika sahəsində həyata keçirilən nəhəng layihələr böyük perspektivə malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi layihəsi regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şərq-Qərb istiqamətində yeni nəqliyyat bağlantısı yaradaraq Avrasiya məkanında strateji rol oynayır. Azərbaycan və Gürcüstan tərəfindən birgə inşa edilmiş dəmir yolları, liman infrastrukturları və multimodal nəqliyyat mərkəzləri Orta Dəhlizin funksionallığını təmin edən əsas komponentlərdəndir. İldən-ilə bu dəhlizlə daşınan yüklərin həcminin artması əməkdaşlığın potensialının daha da geniş olduğunu göstərir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir.
Azərbaycan və Gürcüstan arasında siyasi dialoq ali səviyyədə davam etdirilir. İki ölkə liderlərinin mütəmadi səfərləri isə yüksək səviyyəli siyasi əlaqələrin davamlılığını təmin edir. Parlamentlərarası əlaqələrin genişlənməsi də bu münasibətlərə siyasi dinamizm qazandırır. Azərbaycan Respublikası Milli Məclisinin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Gürcüstan Parlamentinin Azərbaycanla dostluq qrupu vasitəsilə qanunvericilik səviyyəsində müntəzəm əlaqələr qurulub. Azərbaycan-Gürcüstan münasibətləri 119 sənədi əhatə edən geniş müqavilə-hüquq bazasına əsaslanır. Bu sənədlər tərəflər arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan münasibətlərin tənzimlənməsi üçün sabit hüquqi çərçivə yaradır.
Hər iki ölkə BMT, ATƏT, GUAM və QDİƏT kimi beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməklə həmrəylik nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Vaxtilə münaqişələr səbəbindən sarsılmış regionun sabit, təhlükəsiz və əməkdaşlığa əsaslanan gələcəyi məhz bu cür tərəfdaşlıqlar sayəsində təmin edilə bilər. Dövlətimizin başçısının “Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq” fikri bu baxımdan həm tarixi, həm də gələcəyə yönəlmiş siyasi mesaj idi.
Azərbaycan-Gürcüstan dostluğu qarşılıqlı inam və siyasi həmrəylik nümunəsidir. İki ölkə arasında mövcud olan əməkdaşlıq modeli ortaq maraqlara əsaslanan, real nəticələr verən və gələcək inkişaf üçün geniş perspektivlər vəd edən tərəfdaşlığa çevrilib. Mixeil Kavelaşvilinin Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi isə bu münasibətlərin həm rəmzi mənasını, həm də real gücünü bir daha təsdiq edir.
Heydər Əsədov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025