Daxili Gəlir Xidməti Harvardın vergidən azad edilməsini ləğv edə bilər
Tarix: 17-04-2025 | Saat: 13:19
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın Daxili Gəlir Xidməti (IRS) Harvard Universitetinin vergidən azad edilməsini ləğv etməyi düşünür. “The New York Times” qəzetinin yazdığına görə, məsələdən xəbəri olan insanlar IRS-nin Harvardın vergidən azad edilməsini ləğv etməyi müzakirə etdiyini bildiriblər.
Anonimlik şərti ilə danışan iki mənbəyə görə, bəzi IRS rəsmiləri Xəzinədarlıq Departamentinin rəsmilərindən Harvard Universitetinin vergidən azad edilməsini ləğv etməyi düşünməyi xahiş ediblər.
IRS sözçüsü şərh verməkdən imtina etdi və Xəzinədarlıq Departamenti sorğuya cavab vermədi.
Harvard Universitetindən edilən açıqlamada vergidən azad edilməsinin ləğvi üçün heç bir hüquqi əsas olmadığı iddia edilib.
Bəyanatda belə bir addımın universitetin təhsil missiyasını yerinə yetirmək imkanlarını çətinləşdirəcəyi, vergidən azad edilmənin ləğv ediləcəyi təqdirdə tələbələrə verilən maliyyə yardımının azalacağı və kritik tibbi tədqiqat proqramlarının həyata keçirilə bilməyəcəyi bildirilib.
Federal qanun Prezidentə birbaşa və ya dolayısı ilə IRS-dən konkret hədəfləri araşdırmaq və ya yoxlamaq üçün müraciət etməyi qadağan edir.
Digər tərəfdən, IRS həddindən artıq siyasi və ya kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatların vergidən azad edilməsini ləğv edə bilər. Bu qurumlar məhkəməyə müraciət edərək qurumun qərarına etiraz edə bilərlər.
Tramp administrasiyası Harvard Universitetinə 2,2 milyard dollar maliyyə və 60 milyon dollarlıq müqavilələri dondurmaq qərarına gəlib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025