Kamala Harris qubernator olmaq istəyir
Tarix: 11-04-2025 | Saat: 09:39
Bölmə:Dünya | çapa göndər

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatoru postuna namizədliyini irəli sürməyi planlaşdırır.
aia.az xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən xəbər verir.
Qubernator kreslosu 2026-cı ildə Demokrat Gevin Nyusom istefa verdikdə boş qalacaq. Ştat rəhbərinə seçkilər noyabrın 3-nə təyin edilib.
Nəşrin məlumatına görə, Harris öz partiyadaşlarına bildirib ki, Kaliforniya qubernatoru kimi o, ABŞ prezidenti Donald Trampa və onun siyasətinə qarşı dura, həmçinin demokratların dəyərlərini müdafiə edə bilər.
Harris həmkarlarına 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmədiyini də bildirib. Mənbələr bildirib ki, Demokratik partiya üzvləri Harrisin karyerasının gələcəyi ilə bağlı fərqli fikirlərə malikdirlər. Bəziləri hesab edir ki, o, 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməlidir. Digərləri bu seçkidə Harrisin keçmişdən gələn bir fiqur kimi görünəcəyinə inanırlar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025