Mobil versiya
Azərbaycanın əlaqələri genişlənməkdədir
Tarix: 17-04-2025 | Saat: 20:55
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın əlaqələri genişlənməkdədir

ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında həm region, həm də dünya üçün olduqca vacib mesajlar verərək çağırışlar etdi. Növbəti dəfə dünyanın nəbzi Azərbaycanda döyündü. Prezident İlham Əliyevin dünyamızı narahat edən məsələlərlə bağlı verdiyi mesajlar bütün dünya gündəmini zəbt etdi.
Onlardan biri yaxın Şərqlə bağlı məsələlər idi. Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib.
Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoyaraq uğurla inkişaf etdirdi.
Hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə ilə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir.
Burada ən önəmli məsələlərdən biri də Azərbaycanın türk Respublikaları ilə əlaqələrinə verdiyi önəmdir. Azərbaycan bu prosesin irəli aparmasında əsas lokomotiv rollardan birini oynayır. Azərbaycan Şimali Kipr Respublikasının türk dövlətlərinə inteqrasiyası, Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb. Bu prosesdə təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət çox böyük rol oynayır.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Ermənistan münasibətlərinə, Avropa İttifaqının bölgəmizdəki proseslərə ikili standartlarla yanaşmasına də geniş toxundu: “Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır deyə bildirdi”.
Prezident Əliyev Avropa İttifaqına, eləcə də region dövlətlərinə yönəlik fikirlər bildirdi, Gürcüstan və Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsinin vacib olduğunu bəyan etdi.
Burada söhbət ondan gedir ki, bu gün Avropa təsisatları, Avropa Şurası, Avropa Parlamenti Azərbaycana və Gürcüstana qarşı ikili standartlarla davranmağa davam edir. Hər iki ölkəyə qarşı davamlı olaraq tədbirlər keçirir, addımlar atır. Cənab Prezidentin dediyi ondan ibarətdir ki, bu təsisatlar, bu qurumlar xalqın iradəsi ilə hesablaşmalıdır, xalqın iradəsini qəbul etməlidirlər. Onlar bunu nəzərə almalıdırlar, burada xalqın iradəsi əsas götürülməlidir, başqa məsələlər yox!
Fikrimcə bu gün reallıq ondan ibarətdir ki, üç Cənubi Qafqaz respublikasına münasibət tamam fərqlidir və eyni deyil, bu da birmənalı olaraq Azərbaycan tərəfindən ədalətsiz bir yanaşma kimi qəbul edilir. Bu gün Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirirlər. Tam müstəqil olaraq öz xarici dövlət siyasətini yerinə yetirirlər. Ermənistanda isə vəziyyət bir az fərqlidir, onlar bunu nəzərə almalıdırlar.
Cənab Prezident çıxışında bəzi məsələləri də qeyd etdi. Düşünürəm ki, burada Azərbaycanın Gürcüstanla kiminsə əleyhinə ittifaqından söhbət getmir. Söhbət ondan gedir ki, bu iki ölkə arasında yaxşı münasibətlər var. Cənubi Qafqazda təhlükəsizliyə, əməkdaşlığa ən böyük zərər vuran, xələl gətirən, problem yaradan Ermənistandır. Burada Azərbaycanla Gürcüstan bir yerdə anlaşaraq bölgəyə sülhün gəlməsi üçün addımlar atmalıdırlar. Ermənistan bu yöndə təxribatlarına, addımlarına son qoymalıdır. Burada Azərbaycanla Gürcüstanın müttəfiqliyi bölgəmizə sülhün gəlməsi deməkdir.
Cənab Prezident qeyd etdi ki, Gürcüstan tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlik bir sıra təkliflər verib. Yəni müttəfiqlik bu məcrada ola bilər. Amma biz bunu Ermənistanın əleyhinə bir fərqlilik kimi formalaşdırmamalı və qəbul etməməliyik. Yəni biz məsələyə belə yanaşmalıyıq ki, Gürcüstanla Azərbaycan Ermənistanı bu prosesə cəlb etmək və Ermənistanın bölgəmizdə sülh prosesinə maneçiliyini aradan qaldırmaq üçün əməkdaşlıq edə bilərlər. Bu bizim bölgəmizdəki proseslərə birmənalı olaraq öz müsbət töhfəsini verəcək.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025