Ermənistan atəşkəsi pozmaqla Azərbaycanı təxribata çəkməyə çalışır - Azər Badamov
Tarix: 09-04-2025 | Saat: 13:16
Bölmə:Siyasət | çapa göndər

"Ermənistan 30 ildə Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal altında saxlayıb. Münaqişənin dinc yolla həll olunması istiqamətində tərəfimizdən böyük cəhdlərə baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi. Beləliklə, BMT TŞ-nin 4 qətnaməsi icra olunmayaraq kağız parçasına çevrilmişdi".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, münaqişənin dinc yolla həll edilməsi və Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasına dair BMT TŞ-nin qətnamələrinin icra olunması üçün yaradılmış ATƏT-in Minsk qrupu 27 ildən çox müddətdə heç bir iş görməyərək, fəaliyyətsiz bir təşkilata çevrildi. Hətta Minsk qrupunun həmsədrləri regiona turist səfərləri edirdi və Azərbaycan xalqını erməni işğalı ilə barışmağa, eyni zamanda münaqişənin həllinin hərb yolu olmadığını qəbul etdirməyə çalışırdılar. Amma dövlətimizin başçısı bütün tribunalardan münaqişə dinc yolla həll olunmazsa, hərb yolunun qaçılmaz olacağını bəyan edirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi 44 gün ərzində Şuşaya bayrağımızın sancılması ilə başa çatdı.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında 10 noyabr üçtərəfli Bəyanatı imzalanaraq yerdə qalan məsələlərin siyasi yolla həll olunmasına razılıq əldə olundu. Bəyanatın bəndlərini qalib tərəf kimi Azərbaycan diktə etdi və Ermənistan kapitulyasiya olunmuş tərəf kimi bütün şərtləri qəbul etdi. Prezident İlham Əliyev münaqişənin başa çatdığını elan etdiyi ilk gündən Ermənistana çağırış edərək düşmənçilik səhifəsini bağlamağı və iki ölkə arasında münasibətlərə təmiz səhifədən başlamağı təklif etdi. Amma Ermənistan yenə də çirkin niyyətlərindən əl çəkməyərək, ərazilərimizdə qeyri-qanuni silahlıları saxladı. 2023-cü il sentyabrın 20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə müzəffər ordumuz ərazilərimizdə qalmaqda olan 15 minə yaxın erməni silahlısını tərksilah edərək torpaqlarımızda konstitusion hüququn tələblərini bərpa etdi və erməni separatçılarının kökünü kəsdi", - deyə A.Badamov əlavə etdi.
Deputat qeyd edib ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh müqaviləsinin müəllifi Azərbaycandır. Ölkəmiz sülh müqaviləsindəki bəndləri müəyyən edəndə beynəlxalq hüququ rəhbər tutaraq sülh tələbləri ilə çıxış etdi. Əgər ölkəmizin sülh məqsədləri olmasaydı, qalib tərəf kimi daha ağır şərtlər irəli sürə bilərdi və bu, qalib ölkənin haqqı idi. Azərbaycan regionda sülh və əməkdaşlıq istəyir və ona görə də "3+3" əməkdaşlıq formatının da təşəbbüsçüsü oldu. Ermənistan uzun müzakirələr və danışıqlardan sonra Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu beynəlxalq platformadan bəyan etməyə məcbur oldu və sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların davam etdirilməsinə hazır olduğunu açıqladı. İki ölkə arasında müzakirə olunan sülh müqaviləsi 17 bənddən ibarət olaraq tərtib edildi, amma Ermənistan müqavilənin son iki bəndini qəbul etmək istəmirdi. Nəhayət, bu il martın 13-də Ermənistan baş naziri Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı bütün bəndləri qəbul etdiyini və sənədi qısa zamanda imzalamağa hazır olduğunu açıqladı. Hətta bu məsələni səsləndirməklə özünü beynəlxalq ictimaiyyətə "sülh göyərçini" kimi təqdim etməyə və yarımçıq sülh sazişi imzalamağa çalışdı. Azərbaycanın tələbinin dəyişilməz olduğunu görən Ermənistan 16 martdan başlayaraq şərti sərhəddə atəşkəsi pozmağa və mütəmadi olaraq təxribatlara əl atmağa başladı.
A.Badamov vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyümüz tələblər Ermənistana heç bir təhlükə yaratmır: "Birinci tələbimiz Ermənistan Konstitusiyasında yazılmış Azərbaycana qarşı olan ərazi iddialarının referendum yolu ilə ləğv edilməsidir. Əslində, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə açıqlayıb. Belə olan halda konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını saxlamaqda məqsədi nədir? İkinci tələbimiz isə Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciətin göndərilməsidir. Minsk qrupu keçmiş Qarabağ münaqişəsinin həll olunması üçün yaradılmışdı. Artıq münaqişə həll olunub və keçmişdə qalıb. Yenə sual olunur ki, Minsk qrupunun saxlanılmasında Ermənistanın məqsədi nədir? İstər-istəməz belə fikir yaranır ki, Ermənistan sülh istəmir və çirkin niyyətlərindən əl çəkmir".
Deputat bildirib ki, Ermənistan Fransadan, Hindistandan və ABŞ-dən öldürücü silahlar alır. Ermənistanın xüsusi təyinatlıları Hindistanda dağ şəraitində təlim keçir. Şərti sərhədimiz boyunca istehkam və fortifikasiya qurğuları tikir. Ermənistan şərti sərhədlərimizdə tikdiyi dərin bunkerlərdə alınmış silahları yerləşdirməklə yenidən müharibə üçün dayaq nöqtələri yaradır. Eyni zamanda mütəmadi atəşkəsi pozmaqla ölkəmizi təxribata çəkməyə çalışır. Hətta Xanazak kəndində özləri kiminsə pəncərəsinə atəş açaraq guya Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulduğunu sübut etməyə çalışırlar. Amma araşdırmalar Ermənistanın yalanlarını ifşa etdi. Ermənistanın məqsədi Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə pis imic formalaşdırmaq və yenidən münaqişəyə başlayacaqları təqdirdə ölkəmizə beynəlxalq təzyiqin göstərilməsinə nail olmaqdır.
A.Badamov qeyd edib ki, Ermənistanın bu hərəkətləri onların sülhdən uzaq olduğunu sübut edir: "Ermənistan hakimiyyəti ağlını başına yığıb 30 ildə ərazilərimizdə yaratdığı dayaq nöqtələrinin taleyinin necə bitdiyini bir daha göz önünə gətirməlidir. Çünki ordumuz hərəkətə keçərsə, onun qabağında heç bir dayaq nöqtəsi maneə yarada bilməz. Bu gün Azərbaycan Ordusunun gücü aparıcı ölkələrin ekspertləri tərəfindən yüksək dəyərləndirilir. Əgər Ermənistan ölkəmizi yenidən müharibəyə təhrik edərsə, bu, onlar üçün böyük faciə olacaq. Ona görə də Paşinyan hakimiyyəti revanşist fikirlərindən, mifik arzularından əl çəkərək, Azərbaycanla sülhə getməli və qəti tələbimiz olan iki bəndin icrasına tələsməlidir. Əks halda hadisələrin gedişatı Ermənistana yaxşı heç nə vəd etmir".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2025