Mobil versiya
Elçin Əliyev: "Yeni dünya düzənində Azərbaycanın iradəsi ilə hesablaşmamaq mümkün deyil"
Tarix: 09-04-2025 | Saat: 13:07
Bölmə:Gündəm / Siyasət / Özəl | çapa göndər

Elçin Əliyev: "Yeni dünya düzənində Azərbaycanın iradəsi ilə hesablaşmamaq mümkün deyil"

9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” beynəlxalq forumu Azərbaycanın müasir dünyada siyasi güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi.
Dünya uzun illərdir özünü idarə edən sabit sistemlərin çöküşünü müşahidə edir. Bu gün artıq heç bir qlobal aktor “köhnə qaydalarla” hərəkət edə bilmir. Regional ittifaqlar və strateji maraqların toqquşduğu bir dövrdə Azərbaycanın sərgilədiyi mövqe, müstəqil, prinsipial və milli maraqlara əsaslanan siyasət, yeni dünya düzənində etibarlı aktor olmağın nümunəsidir.
Prezidentin çıxışında səslənən hər fikir, hər mesaj, xüsusilə beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasına dair sərt tənqidlər, Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda söz sahibi olduğunun göstəricisidir. Bu forumda verilən əsas mesaj budur ki, Azərbaycan öz yolunu özü müəyyənləşdirir və bu yol kənardan idarə olunan yox, milli iradəyə əsaslanan bir yoldur.

ADA Forumunun əhəmiyyəti təkcə iştirakçı sayında və ya mövzu aktuallığında deyil. Əsas məsələ budur ki, bu forum vasitəsilə Azərbaycan artıq qlobal siyasi diskursu formalaşdıran platformalardan birinə çevrilib. Ölkəmiz bu gün Cənubi Qafqazda sülhü və sabitliyi təmin edən, enerji təhlükəsizliyində həlledici rola malik olan, nəqliyyat-logistika dəhlizlərinin açar nöqtəsində duran dövlət kimi diktə etməyi bacarır.
Son olaraq deməliyəm ki, Azərbaycan nə vaxtsa baş verəcək dəyişikliklərə hazırlaşmır, biz artıq bu dəyişikliklərin içindəyik və onların mühüm iştirakçısına çevrilmişik. Yeni dünya düzəni formalaşırsa, bu düzəndə Azərbaycanın iradəsi ilə hesablaşmamaq artıq mümkün deyil. Bu, diplomatik jest yox, siyasi reallıqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2025