Alim, jurnalist, nasir - Bayram Məmmədov yazır
Tarix: 08-04-2025 | Saat: 19:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Dünya binadan belədir: sözün yükünü çəkənlərə sözün cəfakeşi deyilib. Sözün cəfakeşləri düşüncələrin nazını çəkib, düşüncələri bəşəriliyə yönəldib, insanların ruh qardaşı olub, istəyib ki, sözü dünyanın sabahlarına düşən işığa dönsün, bu işıq qaranlıqların ilməsini də söksün, cığırların, izlərin, yolların səmtini də göstərsin. Sərraflar bilib ki, bilir ki, sözdə yaşadılanlar əbədiliyin nişanəsidir. Ona görə Böyük Sözə sədaqətlilər bir ömrü bu uğurda yaşamaq istəyir, yaşayır...
Lətif Şüküroğlunun doğum yeri 1960-cı il aprelin 8-i Ermənistanın Qafan rayonu olsa da, ömrü Zəngilanla bağlıdır. 1977-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbi bitirib. İki il Zəngilan rayon poçt şöbəsində və Yol idarəsində işləyib. Ürəyi sözə köklənənlərdən imiş Lətif. Sözün işığında Sözün ünvanına yol alıb - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Bu söz məbədinin işığında 5 il sevdiyi yolun cəfakeşlərindən dərs alıb. Jurnalistikanın nəzəri əsaslarını öyrənib; bu fakültə yaradıcılıq qabiliyyəti olmayanlara nəzəri biliklərdən əlavə heç nə verə bilmir. Təfəkkürlü tələbə, fakt və hadisələri bir-birindən ayırd etməyi bacaran tələbə, geniş dünyagörüşə malik olan tələbə, zəngin söz ehtiyatı olan tələbə ... yaxşı jurnalist olur. Həm də jurnalistikaya sədaqətli jurnalist olur. Bu xüsusiyyətlər Lətifdə vardı. Ona görə təhsil naminə təhsil almamışdı, ömrünün iki ilini niyyətinin ödəncinə çevirmişdi. Ömrünün közünü sözə çevirdi, sözünü ömrünün közünə...
Jurnalistika fakültəsini 1984-cü ildə bitirdi. Jurnalist Lətif Babayevi - az sonra hamı onu Lətif Şüküroğlu kimi tanıyacaqdı, bu ad onun ədəbi pasportu olacaqdı - Zəngilan çəkdi. "Kənd həyatı" rayon qəzetində ədəbi işçi (o vaxtlarda müxbir vəzifəsi belə ifadə olunurdu), sonra şöbə müdiri işlədi.
Lətif Şüküroğlu (Babayev) dövrün tələblərinin də icraçısıydı, milli-xəlqi ruhun tələblərinin də. Yazılarında, məntiqi vurğusunda o dövrün ideologi çərçivəsi zahirən keçilməsə də, sözün alt qatında azərbaycançılığın işığı vardı. Bu işıq jurnalist Lətif Şüküroğlunun ömrünün də, zaman anlamında sabahkı yaradıcılığının da yolgöstərəni olacaqdı, oldu da.
1990-cı ilin yanvarında Zəngilanda da ciddi senzura nəzarəti olsa da, Lətif bu faciənin konturlarını sözlə ifadə edə bilirdi. Jurnalistikada ən ağır məqam gördüyünü, duyduğunu yaza bilməmək ağrılarıdı; o vaxtlarda ideologiya jurnalistləri, ümumən jurnalistikanı belə sıxırdı.
1990-cı il yanvar ayının 16-da rayonda fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərara qarşı 17 yanvar saat 11-ə Zəngilan şəhərinin mərkəzi meydanda mitinq təyin edildi. Əsas təşkilatçılardan biri Lətif Şüküroğlu olan bu mitinqdə 20 min nəfərə qədər insanın iştirakı xalqın kükrəyən qəzəbinin həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. Mitinq iştirakçılarının qəti tələbi ilə sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın icrası Zəngilanda dayandırıldı.
Rayonda ikinci çoxsaylı etiraz mitinqi 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil edildi. Minlərlə insan 20 Yanvar qətliamına və mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya cəza dəstələri yeridilməsinə görə öz etirazını bildirdi. Digər vətənsevərlərlə birlikdə Lətif də bu mitinqin təşkilatçılarından biri və aparıcısı oldu. Həmin mitinqdə o da kommunist partayasının üzvlük biletini alışdırılmış tonqala atdı. Bu, rejimə nifrət idi, duyanların düşüncələri üçün vətənpərvərlik zərrələri idi. Lətif Şüküroğlunun vətənin azadlığı yolunda ardıcıl, qorxmaz və dönməz mücadiləsi iş yerinin itirilməsi ilə nəticələndi...

Həmin vaxtlarda "Səhər" qəzeti tarixin üzünə sözlə ağ olmağa başladı. Sonra digər qəzetlər nəşrə başladı. Azərbaycan Qaçqınlar Cəmiyyətinin orqanı olan "Vətən səsi" qəzeti də bu şəbəkəyə qoşuldu. Lətif Şüküroğlu bu qəzetin Qarabağ, Mil-Muğan zonaları üzrə xüsusi müxbiri işlədi, həm də yadda və tarixdə qalan yazıları ilə böyük jurnalistikanın əsgəri oldu. O vaxtlarda yaxşı məqalələr, gərəkli məqalələr həqiqətən də Vətənin sözü idi. Lətifin məqalələri belə məqalələr sırasında olurdu...
Azərbaycan Ordusu yaradılmışdı, Müdafiə Nazirliyinin orqanı olan "Xalq Ordusu" qəzeti nəşrə başlamışdı. Lətif Şüküroğlunu da qəzetə dəvət etdilər. Bu dəvəti ruhunun çağırışı bildi. 1992-ci ilin fevralından oktyabrına kimi burda şöbə müdiri işlədi. Azərbaycanda ordu quruculuğu problemlərindən, Ermənistanın elan etmədən başladığı işğalçılıq müharibəsinə qarşı döyüşlərdən yazdıqları məqalə idi, indi tarixdir. 1992-ci ilin noyabrından Dövlət Sərhədini Mühafizə Komitəsinə qrup rəisi vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunmuş, 1993-cü ilin mart ayından xidmətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirmişdir. O, 2015-ci ilin dekabr ayının 27-də MTN-dən idarə rəisinin müavini vəzifəsində, polkovnik rütbəsində ehtiyata buraxılmışdır. Lətif Şüküroğlu 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şöbə müdiri işləmişdir. 2019-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr işləri şöbəsində sektor müdiri işləyir...
Lətif Şüküroğlunun 1993-cü il aprelin 28-də "Sərhəd" qəzetində general-leytenant Valeh Bərşadlı ilə müsahibəsi dərc olunmuşdu. İri həcmli həmin müsahibə bu gün o illərin ordu quruculuğunun səviyyəsinin, ordunun silahlanmasının, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin tarixidir. Müsahibin də (general-leytenant Valeh Bərşadlı), jurnalistin də (Lətif Şüküroğlu) vətənsevərliyi müsahibənin mahiyyətindən boy göstərir. General dövlətçilikdən, dövlətdən, dövlətin ərazilərinin müdafiəsindən böyük vətəndaş kimi, böyük idealların cəfakeşi kimi söz açır, jurnalist bu idealları cəmiyyətin təəssübkeşliyinin göy qurşağı olmasını xatırladan cəfakeş söz adamı kimi. Müsahibə zamanında hansı təəssürat yaratmışdı, tarixləşib, ancaq həmin müsahibə dünənlərin bu günlərə, bu günlərin sabahlarına yüksək rütbəli hərbçi münasibətidir, bu səbəbdən müsahibə hərb tariximizin zərrəsi hesab edilməlidir (edilir). Az sonra müsahibədə güman kimi verilənlər gerçəkləşdi və bu gerçəkliklərin bir hissəsi vətənsevərlərə təəssüf yaşatdı.
1993-cü il aprelin 24-də "Azərbaycan Ordusu"qəzetində dərc olunan "Əliyar Əliyevlə beş görüş" məqaləsi Lətif Şüküroğlunun Vətən qarşısında söz borcunu necə yerinə yetirdiyinin göstəricisidir. Vətəni sevənlər haqqında Vətəni sevənlərə ürək dolusu söz demək, tarixin qıraqda qalan hissəsini sözlə işıqlandırmaq həmişə yaşadılmalı təəssübkeşlik olub.
Lətif Şüküroğlunun Zəngilana bağlılığı (Vətənə sevgisi!) xatirə biçimində o qədər həssaslıqla, o qədər heysiyyətliliklə verilib ki, oxuyursan, özünü o illərdə Şükür kişi ilə nəfəs-nəfəsə hiss edirsən: "Atam az qala hər qarışına bələd olduğu dağları bizə də sevdirmişdi. Hər il məktəb başlananda biz dağlara, daha doğrusu, yaylaqlara qalxardıq. ətəyində təkəm-seyrək ağaclar bitən o dağların otu-pencəri, gül-çiçəyi qurşağa çıxırdı. Min cür ətrin bir-birinə qarışdığı, bal arılarının, növbənöv böcəklərin, alabəzək kəpənəklərin çiçəkdən-çiçəyə qonduğu o yerləri ömür boyu unutmadı. Bizim də qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları qıy vuran, dağ keçiləri dolaşan, daşlarında kəklikləri ötən, başından qarı, sinəsindən dumanı-çəni əskik olmayan o dağlar onun ata-anası, dədə-babasıydı, desəm, daha doğru olar. Ürəyi onlarla döyünür, köksü o yerlərdə qabarırdı. Dədə-babamız bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi, Yağlıdərə, Müşülan düzü (bu adı yadda saxlayın - B.M.), Daş başı, Qanlı yurd, Aşağı məhlə yurdu, Erkək qoyun yatağı, Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər yurd yerlərinin adını indi də xatırlayıram...
Zəngilanda bir kənd var: Qıraq Müşlan kəndi. Lətifin xatırladığı Müşülan düzüylə bu kənd arasında təkcə ad oxşarlığı deyil, həm də ruhi-tarixi bağların olduğuna zərrəcə şübhəm yoxdu və Lətif bu gümanımın gerçəkliyinə işıq salan jurnalist olaraq böyük ehtirama layiqdir. Yəni Qafan rayonunun da zamanında Azərbaycanın ərazisi olduğunu, aran-yaylaq gəzişmələrinə görə o eldən bu elə gəlişlərin olduğunu və adlandırmaların doğmalığının tarixi kökləri var. Bu ehtimal da Lətifin jurnalistlik fəaliyyətinin tezislərindəndir...
Lətif Şüküroğlunun üç məqaləsi sədaqətin məqaləsidir: "Səngər"lərin bir addımlığında gözləyən dostumuz", "Nə qədər ki öz əlimdir yazanım..." və "Dost itkisi". İkisi yeni dövr hərbi jurnalistikamızın ilk və sanballı nümunələrini yaradanlardan olmuş Söhbət Səfərliyə və Ədalət Teymurluya, digəri tarix elmləri doktoru, Cümhuriyyət dövrünün cəfakeş araşdırıcısı Nəsiman Yaqubluya həsr olunub. Kövrək məqalələrdir, duyğusal məqalələrdir. Hər üçü haqqında jurnalist sözü kimi oxunur. Məqalələrin dəyəri onun kimdən yazılması ilə müəyyənləşdirilmir, necə yazılması ilə müəyyənləşdirilir. Lətif Şüküroğlu Nəsimanı da (jurnalist idi, zamanında "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru olmuşdu), Söhbəti də (jurnalist idi, "Xalq Ordusu" qəzetinin şöbə müdiri olmuşdu) və Ədaləti də (jurnalist idi, Müdafiə Nazirliyinin Mətbuat Xidmətində işləmişdi. Mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə Birinci Qarabağ müharibəsinin ilk xronikasnı yaradanlardan idi) təkcə dost kimi deyil, həm də sözün cəfakeşi olmuş söz adamı kimi xatırlayır.
"Torpağı Vətən edənlər", "Ömür yarı oldu" kitabları çağdaş ədəbiyyatımızda sənədli nəsrin yadda qalacaq əsərlərindəndir. Hər ikisi Vətənə sevginin sözlə ifadə edilmiş üvertürasıdır. Belə əsərlərə mahiyyəti baxımından tarixi əsərlər də deyə bilərik...
Lətif Şüküroğlunun yaradıcılığı çoxşaxəlidir: jurnalistika, nəsr, poeziya.
Lətif Şüküroğlunun nəsri jurnalistikadan qaynaqlansa da, müasir nəsrimizdə boyu kifayət qədər aydınlığı ilə görünür.
Lətif Şüküroğlu nəsr əsərlərində Azərbaycan gerçəkliklərinin dünənlərindən də söz açır, bu günündən də. Nə yazırsa, ruhunun işığında yazır. "Muştuluq", "Taleyin izləri" kimi hekayələri mənəviyyatın, milli dəyərlərin sabahlarına söz sayğısıdır. "Bir məhəllənin adamları" silsiləsindən yazdığı "Muştuluq" hekayəsində obrazlar (Qərib, Zakir və b.) o qədər təfərrüatlı, o qədər təbii təqdim edilir ki, onları həm bədii təfəkkürün simvolu bilirsən, həm də ümumiləşdirilmiş simvolu. Eləcə də "Namaz kişinin qolları". Namaz. Telli, Nadir, Həmid, hamımızın tanıdıqlarımızdır, ancaq heç birimizin tanıdıqlarımız deyil. Onları bizə bu hekayə vasitəsilə Lətif Şüküroğlu tanıdır...
Şeirlərində misraların fikir yükü də diqqəti çəkir, mövzusu da, mövzuya yeni ruhla, yeni təfəkkür ahənrübalığıyla yanaşma da. "Yollar yoluna çıxmır" ("Sənə səni yazıram") bədii fikri istər ədəbi düşüncə baxımından, istərsə də fəlsəfi mahiyyət baxımından gözəldir. "Söz qəlbimdə çiçəkləyib" fikrində ifadə yeniliyi də, yeni ifadənin yeni bədii dərki də çağdaş poeziyamızın uğurlarından hesab edilməlidir. Lətifin "Ruh olub uçuram göyün üzünə", "Göz yaşını yığ göndər...", "Səni bu ürəyə necə qaytarım" kimi şeirləri haqqında da eyni fikirlər deyilməlidir.
Lətif Şüküroğlu ixtisasca jurnalistdir. Həm də tədqiqatçıdır. Bu, istedadın ikiləşməsi deyil, şaxələnməsidir, biri digərinin başlanğıcı, biri digərinin nəticəsi olmaqla təfəkkürün iki istiqamətidir.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycanın sərhəd mühafizəsi tarixi (1918-1920-ci illər)" mövzusunda elmi iş müdafiə etmişdir. O, əsasən Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı tədqiqatlar aparır. Dəfələrlə ölkə ərazisində və xaricdə keçirilən elmi və elmi-praktik konfrans və simpoziumların iştirakçısı olmuş (Macarıstan, Almaniya, Ukrayna və Türkiyə), çıxış etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc edilmişdir. İki elmi monoqrafiyanın, beş kitabın, 30-a yaxın elmi və 200-dən çox publisistik məqalənin müəllifidir. "Azərbaycanın sərhəd mühafizəsi tarixindən" (1999), "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" (2018) monoqrafiyaları və iki cilddən ibarət "Cümhuriyyət hökuməti repressiya məngənəsində" (2000) kitabları, müxtəlif mətbu orqanlarda dərc olunan onlarla elmi və publisistik məqaləsi onu Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatçısı kimi tanıdıb.
Lətif Şüküroğlunu 65 yaşı münasibətilə təbrik edir, ona cansağlığı, özünəməxsus yaradıcılığında uğurlar arzulayıram.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2025
16-04-2025