Mobil versiya
Putin onlara görə HƏMAS-a təşəkkür etdi
Tarix: 17-04-2025 | Saat: 09:37
Bölmə:Dünya | çapa göndər

Putin onlara görə HƏMAS-a təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin HƏMAS girovluğundan azad olunan Rusiya vətəndaşları ilə görüşüb.

aia.az xəbər verir ki, Putin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən əsir götürülən Rusiya vətəndaşı Aleksandr Trufanov və onun yaxınları ilə görüşündə bildirib ki, girovların azad edilməsi Rusiyanın Fələstin xalqı ilə münasibətləri sayəsində mümkün olub.

O qeyd edib ki, Fələstin təmsilçiləri və təşkilatları ilə əlaqələr sabit olaraq qalır və uzun illərdir ki, davam etdirilir.

“Məncə, HƏMAS-ın siyasi qanadı olan rəhbərliyə onların bizi yarı yolda qarşılayıb bu humanitar hərəkəti həyata keçirmələrinə və sizi azad etmələrinə görə təşəkkür sözlərini bildirməliyik”, - deyə Putin bildirib.

Trufanov və ailə üzvləri göstərdiyi köməyə görə Rusiyaya təşəkkür edib və girovların azad edilməsi üçün səylərin davam etdirilməsini xahiş ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025