Mobil versiya
Süni intellekt və elm adamları dünyanın sonunu proqnozlaşdırdılar
Tarix: 04-04-2025 | Saat: 11:48
Bölmə:Özəl | çapa göndər

Süni intellekt və elm adamları dünyanın sonunu proqnozlaşdırdılar

Superkompüter apokalipsis tarixini proqnozlaşdırdı. Alimlər süni intellektin 2050-ci ildə dünyanın sonunun ola biləcəyi ilə bağlı proqnozunu təsdiqləyiblər.FederalPress süni intellektin nəyə əsaslandığını və mütəxəssislərin superkompüterin mövqeyi ilə niyə razılaşdıqlarını izah edir.

Süni intellekt dünyanın sonunun nə vaxt olacağını hesablayır?
“World One” superkompüteri 21-ci əsrin ortalarında mümkün qlobal fəlakəti proqnozlaşdırmışdı. Tsarqrad Daily Star-a istinadən yazır ki, süni intellekt demoqrafik məlumatları, ətraf mühitin çirklənmə səviyyəsini təhlil edərək dünyanın sonunun mümkün olması ilə bağlı nəticə çıxarıb.Superkompüterlərin proqnozuna görə, 2040-cı ilə qədər Yer kürəsində yaşayış şəraitinin pisləşəcəyi, 2050-ci ilə qədər insanların su və resurslar qıtlığı ilə üzləşəcəyi ehtimalı yüksəkdir. O zaman dünyanın sonu gələ bilər.
Bəşəriyyət üçün nə təhlükə ola bilər?
Təkcə nüvə müharibəsi deyil, təbii fəlakətlər də bəşəriyyət üçün təhlükə yarada bilər. Məsələn, sunamilər, şiddətli quraqlıqlar, daşqınlar, qlobal istiləşmənin təsiri altında baş verən vulkan püskürmələri.Klimatoloqlar getdikcə daha çox Yer kürəsində orta temperaturun artması ehtimalından deyil, həm də yeni buz dövrünün başlanması riskindən danışırlar. Alimlər süni intellektin dünyanın axırının mümkünlüyü ilə bağlı proqnozunu təsdiqləyiblər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-04-2025