Mobil versiya
Tramp Baydeni ələ salan mem dərc edib
Tarix: 17-03-2025 | Saat: 09:43
Bölmə:Özəl | çapa göndər

Tramp Baydeni ələ salan mem dərc edib

ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində keçmiş Amerika lideri Co Baydeni ələ salan mem yayımlayıb.
Mem üç şəkilli divarı göstərir. Birincisi Trampın birinci prezidentlik dövründəki rəsmi portreti, üçüncüsü siyasətçinin indiki dönəmindəki portreti, onların arasında isə Baydenin imzasını kağıza qoyan bir yazı makinası şəkli var.


Şəkil indiki administrasiyanın keçmiş Ağ Ev rəhbəri tərəfindən imzalanmış bir çox sənədlərin avtoqraf maşını ilə təsdiqləndiyi iddiasına əsaslanır.Tramp daha əvvəl demişdi ki, o, Ukraynaya əhəmiyyətli miqdarda pul xərcləməyi dayandırmaq istəyir və bu ehtiyacı Baydenin hərəkətləri ilə əlaqələndirir. O, “Baydenin su kimi pul payladığını” xatırladaraq, Avropadan fərqli olaraq, amerikalıların köməklərinin qarşılığında heç nə almadıqlarını vurğuladı.
Rusiya prezidenti Vladimir Putin Trampın siyasətini şərh edərkən qeyd edib ki, onun “nəyin yaxşı, nəyin pis olması, o cümlədən gender siyasətində” və digər məsələlərlə bağlı öz fikirləri var. Rusiya lideri bildirib ki, Trampla hər zaman işgüzar və etibarlı münasibət olub.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025