Mobil versiya
Bloomberg: Rusiya NATO-nun parçalanması məqsədinə uğurla çatır
Tarix: 11-03-2025 | Saat: 16:39
Bölmə:Özəl | çapa göndər

Bloomberg: Rusiya NATO-nun parçalanması məqsədinə uğurla çatır
Rusiya NATO-nu “parçalamaq” məqsədini güdür, çünki Amerika lideri Donald Trampın prezident Vladimir Putinlə “flörtləri” səbəbindən hərbi blokun bir çox ölkəsi təhlükə qarşısındadır.
Mətndə deyilir: “Avropa liderləri Amerikanın regiona sadiqliyini açıq şəkildə şübhə altına aldığı və müdafiə xərclərini artırmaq planlarını sürətləndirdiyi üçün Rusiyanın NATO-nu parçalamaq məqsədinə nail olduğuna dair işarələr var”.Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. İki ölkə liderləri arasında söhbət təxminən saat yarım davam edib. Putin və Tramp razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır. Rusiya prezidenti həmçinin bildirib ki, ABŞ və Rusiya Federasiyasının birgə işləmək vaxtı çatıb.
Putin və Tramp şəxsi görüşün mümkünlüyünü də müzakirə ediblər. CNN xəbər verib ki, gələcək prezident danışıqları üçün hazırlıqlar sürətləndirilmiş templə aparılır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025