Mobil versiya
ETX: “Azərpoçt”un adından dələduzluq halları var
Tarix: 11-03-2025 | Saat: 14:02
Bölmə:Ölkə | çapa göndər

ETX:

Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir.

aia.az xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

ETX vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025