Mobil versiya
MDB PA-nın Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib -Fotolar
Tarix: 11-03-2025 | Saat: 16:55
Bölmə:Parlament | çapa göndər

MDB PA-nın Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib

Martın 11-də Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvləri – MDB PA-nın Nəzarət-büdcə komissiyasının sədr müavini Xanlar Fətiyev və komissiyanın üzvü Azər Badamov iştirak ediblər.
İclasda 2024-cü il üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2025-ci il üzrə qurumun büdcəsinin formalaşması, “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” MDB PA Şurasının qərar layihəsi, MDB PA-nın Nəzarət-büdcə Komissiyasının 2024-cü ildəki fəaliyyətinin yekunları və digər məsələlər müzakirə edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025