Mobil versiya
Danışıqlar zamanı Ukrayna və ABŞ Zelenskinin əsas tələbinə məhəl qoymadılar
Tarix: 12-03-2025 | Saat: 09:15
Bölmə:Özəl | çapa göndər

Danışıqlar zamanı Ukrayna və ABŞ Zelenskinin əsas tələbinə məhəl qoymadılar
Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqlar zamanı prezident Vladimir Zelenskinin təhlükəsizlik zəmanəti tələbini nəzərə almayıb. Bu barədə Almaniyanın “Die Welt” nəşri məlumat yayıb.

Məqalə müəllifi qeyd edir ki, Ukrayna tərəfi amerikalılardan yalnız Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təminatları üzrə danışıqların “mümkün qədər tez” başlayacağına dair güzəşt ala bilib.Nəşr qeyd edir ki, eyni təklifdə ABŞ nümayəndə heyəti belə bir sazişin həm Ukraynanın mineral ehtiyatlarının işlənilməsini, həm də respublikanın ABŞ-ın yardım xərclərinə görə kompensasiyasını əhatə edəcəyini bildirib.Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşdən sonra Ukrayna ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Vaşinqton bu məlumatı Moskvaya çatdıracaq və izah edəcək ki, sülhə nail olmağın açarı bu məsələdə “qarşılıqlılıq”dır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025