Hökumətin parlamentə təqdim edəcəyi hesabatda nələr var... Detallar AÇIQLANDI
Tarix: 11-03-2025 | Saat: 18:55
Bölmə:Siyasət | çapa göndər

Üç gün sonra hökumət Milli Məclisə hesabat verəcək. Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat artıq Milli Məclisə daxil olub.
Hesabat parlamentin martın 14-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, nazirlər, komitə rəhbərləri və digər vəzifəli şəxslərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verir.
Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı ən müxtəlif məsələlər öz əksini tapıb.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi,siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov hesabatla tanış olduğunu bildirib. O, Nazirlər Kabinetinin hesabatının məqbul olduğunu deyib.
Deputatın sözlərinə görə, 2024-cü ildə Nazirlər Kabinetinin fəaliyyəti haqqında bütün məqamlar hesabatda qeyd olunub.
"İlk növbədə büdcə ilinin uğurla başa çatması, Böyük Qayıdışa dair dövlət proqramının yüksək formada icra edilməsinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, regionlarda sosial infrastruktur layihələrin davam etdirilməsi-bütün bunlar təbii ki, hökumətin səmərəli fəaliyyətinin nəticəsi və cənab Prezidentin müəyyənləşdirdiyi siyasi, iqtisadi kursun uğurla davam etdirilməsinin göstəricisidir. Hesabat Milli Məclisin plenar iclasında dinləniləcək, millət vəkilləri öz fikirlərini bildirib, təkliflərini səsləndirəcək. Həmişə olduğu kimi konstitusiyaya uyğun hesabatın dinlənilməsi həyata keçiriləcək və parlament hesabata öz münasibətini bildirəcək”.
A.Badamov vurğulayıb ki, hesabata ilkin münasibət müsbətdir:
“2024-cü ili uğurla başa çatdıra bildiksə, bu, hökumətin apardığı sosial-iqtisadi siyasətin düzgün olduğunu göstərir. Ətrafımızdakı ölkələrə baxdıqda, həmin ölkənin milli valyutanın inflyasiyaya uğraması, iqtisadiyyatlarında inflasiya müşahidə olunması fonunda Azərbaycan iqtisadiyyatı sabitliyini və dinamik inkişafını qoruyub saxlaya bilmişdi”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-03-2025